Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsabil Qasımovdan Nəsimi sakinlərinə qarşı inanılmaz zorakılıq - Etiraz...

Deputatın adamları “Dövlət bizik, bizə kimsə bata bilməz”, deyərək sakinlərin əşyalarını pəncərədən atıb və evi qarət ediblər...

Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Sahib Zeynalov 19 ünvanda yerləşən binanın sakinlərinin evini uçurub. Bu barədə “Azad Söz” “Youtube” kanalında yayılan ürəkdağlayan reportajda bildirilir.

Kanala danışan Nəsimi rayon sakinləri evdə olmadıqları vaxtda deputat Əsabil Qasımova aid olan şirkətin işçilərinin onların evinə girərək əşyalarını pəncərədən çölə atdıqlarını və evdəki digər əşyaları qırıb tökdüklərini bildiriblər. Şikayətçi Məmmədova Esmira Tahir qızı, həmçinin evindən qızıl əşyalarının da götürüldüyünü iddia edib.

Hazırda bir neçə ailənin küçədə qaldığı və mənzillərinə buraxılmadığı qeyd olunur.

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürmələri artıq adi hal alıb. Bu işdə tikinti şirkətlərinin əsas yardımçısı rolunda isə icra hakimiyyətləri çıxış edir. Elə bu hadisədə də sakinlər Əsabil Qasımovun işçilərinin onların evinə polislərlə girdiyini bildirirlər.

Dövlət başçısı vətəndaşların rifah alının yaxşılaşdırılmasına yönəlik islahatlar həyata keçirdiyi bir vaxtda deputatın mövqeyini anlamaq olmur. Bu tipli özbaşınalıqlara görə isə demək olar ki, heç kim cəzalandırılmır...

Videonu təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar