Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evinizdə məktəbli var? – IV Yazı

Oyunları uşağa məşq və ya dərs kimi təqdim etməyin...

Lalə Məhərrəmli yazır....

Uşaqlarda yaddaş və diqqətin inkişafına dəstək olan oyunlar

Birinci, ikinci və üçüncü yazılar

Bu məqalə uşaqlarda yaddaş və diqqətin inkişafına dəstək olan oyunlar haqqında olacaq.

Oyunlar haqqında məlumat verməmişdən qabaq xatırlatmaq istəyirəm ki, bunları uşağa məşq və ya dərs kimi təqdim etməyin. “Gəl səninlə maraqlı oyun oynayaq”, deməyiniz daha doğru olar.

Bacardıqca əyləncəli edin oyunu. Gündə 15-20 dəqiqə ayırmağınız kifayətdir. İnternetdə bununla bağlı müxtəlif çalışmalar var. Siz həmçinin yaddaş və diqqəti gücləndirən oyuncaqlar da ala bilərsiniz.

Mənim qeyd etdiyim oyunlar sadə, əyləncəli, çox vəsaitə ehtiyac duyulmayan, çətin olmayan oyunlardır. Əgər uşağın oyunda çətinlik çəkdiyini görürsünüzsə biraz sadələşdirin və ya ara verin. Əsla əsəbləşməyin. Ruhlandırın.

1. Bu oyunda siz uşağa suallar verəcəksiniz. O da sizə cavab verəcək. Amma əsla “hə” və ya “yox” deməyəcək. Məsələn, “Sənin adın Lalədir? - Adım Lalədir. Dərslərini yaxşı oxuyursan? - Yaxşı oxuyuram”, kimi...

2. Bu oyunda evdəki əşyalardan istifadə edəcəksiniz. Məsələn: daraq, qələm, telefon, güzgü və s. Hər birini sıra ilə masanın üstünə qoyun. Uşaq bir neçə saniyə baxıb yerlərini əzbərləsin. Sonra üzünü çevirsin və siz əşyaların yerini dəyişin. O əşyaları sırasına görə düzəltsin. Az əşya ilə başlayıb sonra əşya sayını artıra bilərsiniz.

3. Uşağa şifahi şəkildə sözlər deyin və sırası ilə yadda saxlamağını istəyin. Məsələn: alma, qurd, ağac, külək, dəniz və s. Sözləri asanlıqla yadda saxlaya bilsin, deyə onları bir-birləri ilə əlaqələndirməyi öyrədin. Məsələn: yuxarıda qeyd etdiyim sözlərə baxaq. Alma aldım, içindən qurd çıxdı, ağacı yedi, külək ağacı yıxdı, yarpaqlar dənizə töküldü...

4. Uşaqdan oturduğunuz otağa diqqətlə baxmağını istəyin. Sonra gözlərini yumsun və otaqdakı əşyaların yerini soruşun.

5. Eynisini bir şəkil üzərində də edə bilərsiniz. Bir şəklə diqqətlə baxsın və gözünü yumsun. Siz isə şəkillə bağlı suallar verin.

6. Bu oyunda uşağınızla bərabər nağıl quracaqsınız. Amma necə? Masanın üzərinə bir neçə əşya qoyacaqsınız. Məsələn: papaq, əlcək, fincan, daraq və s. Nağıla siz başlayacaqsınız və bir-iki cümlə deyəcəksiniz. Sonra uşaq davam etdirəcək. Amma əsas məsələ odur ki mütləq nağılda masanın üstündəki əşyaların adı çəkiləcək. Məsələn: Biri var idi, biri yox idi. Bir baba var idi. Onun böyük papağı var idi. Sonra uşaq davam edir...

7. Bu oyunda uşaq fərqli olanı tapacaq. Siz bir-birinə yaxın və ya eyni olan əşyaları düzəcəksiniz. Arasında biri fərqli olacaq. Uşaq fərqli olanı tapmalıdır. Məsələn 3 qaşıq, bir çəngəl...

Ümid edirəm ki, faydalı olacaq...

Lalə MƏHƏRRƏMLİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Ən çox oxunanalar