Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə narkobaron saxlanılıb

Gəncə şəhərində narkobaron saxlanılıb...

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayonunun Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq “Lada Priora” markalı avtomobili ilə birlikdə polis idarəsinə gətilib.

Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada , ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar