Cümə, 10 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İlham Rəhimovu Azərbaycanın hüquq sahəsindəki vəziyyət qane etmir

Putinin dostu olaraq məşhur azərbaycanlı milyarder, Azərbaycan Ali Atesstasiya Komissiyasında Hüquq Şurasının rəhbəri, professor İlham Rəhimov Azərbaycanın hüquq səhəsindəki vəziyyətdən heç də məmnun deyil. PİA.az xəbər verir ki, milyarder professor bu barədə “İndependent Türkçe” nəşrinə verdiyi müsahibədə bildirib.

PİA.az müsahibənin həmin hissəsi ilə oxucularını tanış edir:

“- Bir neçə il əvvəl Azərbaycanda 800 vəkil olduğunu oxumuşdum. Siz bunu necə qiymətləndirirsiniz?

- Obyektiv qiymətləndirmə istəyirsiniz?

- Əlbəttə. Bizim üçün başqa cür mümkün deyil.

- Özümü tərifləmək üçün demirəm, amma yəqin ki, Azərbaycanda hüququn vəziyyətini məndən daha yaxşı bilən adam yoxdur. Mən bir neçə ildir ki, Ali Atesstasiya Komissiyasında Hüquq Şurasının rəhbəriyəm. Bu işlərin hamısı mənim əlimdən keçir. Azərbaycan kiçik bir ölkə olduğu üçün hər sahədən olan alimlər bir-birilərini tanıyırlar. Buna görə qısaca deyə bilərəm ki, vəziyyət məni çox da qane etmir. Mən müdafiə olunan elmi işlərə baxıram, inanırsınız ki, Sovet dövründə yazılmış elmi işlərin yanında bunları elm adlandırmaq olmaz. Çox çox zəifdir.

Müdafiə olunan elmi işlərin hamısı təsdiq üçün gəlir və mənim əlimdən keçir. Lakin sırf bizim Şuradan keçdiyinə görə mənim hamısını avtomatik olaraq imzalamağım mümkün deyil. Elmi iş müdafiə edənlər arasında Milli Məclisin deputatları da vardı. Onları dəvət etdiyim halda, gəlməyə qarşı çıxdılar. “Əgər gəlməsələr, təsdiq etməyəcəyik”, dedim.

Onları niyə dəvət edirəm? Çünki onlarla danışanda bu elmi işi özünün yazıb-yazmadığını müəyyənləşdirməli oluruq. Görəsən, bu elmi işi yazan bu adamdır, yoxsa başqası? Bunun üçün onlara 3 sual vermək kifayətdir. Şurada nə qədər elmi işi təsdiq etmədiyimizi bilirsinizmi? 3-4 sual verdikdə, elmi iş sahibinin araşdırmadan xəbəri olub-olmadığı məlum olur, bununla da iş bitir. “Qəbul edilmədi, get” deyirik. Buna görə bu sahənin peşəkarlarından soruşsanız, hamısı: “İlham müəllim obyektivdir, yaxşı ki, oradadır”, deyər.

Lakin, təbii ki, məmnun olmayanlar da var. Layiq olmayanların üzünə deyirəm və təbii olaraq narazı qalırlar.

Buna görə demək istəyirəm ki, hüquq sahəsindəki vəziyyət məni qane etmir. Azərbaycanın hüquq sahəsindəki əsl alimlər də mənimlə həmfikirdirlər”.

Müsahibənin tam mətni ilə aşağda tanış ola bilərsiniz:

“Rus Devlet Başkanı'nın sınıf arkadaşı Rahimov: Putin, Azerbaycan’da misafirimken kendini cinayet masası dedektifi olarak tanıtmıştı”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

Siyasi şərhçi: “Hökumət yardım paketinə yenidən baxmalıdır”

Nərminin qətli ilə bağlı daha bir məhkəmə qərarı açıqlandı

loading...

Ən çox oxunanalar