
Ruslan Bəşirlinin işini aparan müstəntiq 5 ildən sonra mükafatlandırıldı
Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi Əli Quliyev bu yaxınlarda baş prokuror Zakir Qaralovun köməkçisi vəzifəsinə təyin olunub. Quliyevin belə bir posta gətirilməsi isə ona göstərilən etimaddan irəli gəlib.
Xatırladaq ki, Quliyev siyasi dairələrdə kifayət qədər yaxşı tanınan müstəntiqdir. Belə ki, o, əsasən siyasi işləri aparan bir hüquq mühafizə orqanı əməkdaşı olub. Onu hələ 2005-ci ildə «Yeni Fikir» Gənclər Hərəkatının rəhbəri Ruslan Bəşirlinin qondarma istintaq işini aparan şəxs olaraq tanıyırıq. Bundan başqa, partiya üzvlərinə qarşı qaldırılmış digər işlərin də onun əlindən gəlib keçdiyi faktdır.
Beləliklə, hakimiyyət uzunmüddətdən bəri siyasi dairələrə divan tutan və onların haqqında açılmış qondarma «cinayət işlərini» «ustalıqla» həyata keçirən Əli Quliyevi 5 ildən sonra mükafatlandırmaq qərarına gəlib.
pia.az