
Son zamanlarda ölkəmizdə fəaliyyət göstəran bir sıra bankların birləşməsi məsələsi aktuallaşmağa başlayıb. Mərkəzi bankın rəhbəri Elman Rüstəmovun da dəstəklədiyi bu addım, deyəsən, reallaşacaq. Yeganə problem isə bir sıra bankların arxasında ciddi qüvvələrin durmasıdır. Buna baxmayaraq, məsələ ən yüksək səviyədə öz həllini tapmaq üzərədir. İlk olaraq hədəfə alınan isə“Texnikibank”dır. Etibar Əliyevin rəhbərlik etdiyi bankla baglı son zamanlar yetərli qədər qalmaqal yarandığından hesab edilir ki, artıq bu bankla vidalaşmağın zamanı çatıb.
“Texnikibank”la bağlı zaman-zaman müxtəllif iddialar səslənsə də, o qədər də ciddi rezonans yaratmamışdı. Etibar Əliyevin bank rəhbərliyi ilə yanaşı tikinti sektorunda ciddi çalışdıgı və bankdan yararlanmaqla bir sıra tenderləri ələ kecirtdiyi də deyilirdi. Ən yüksək səviyyəli dövlət məmurlarının adından istifadə edən bank rəsmileri sözün həqiqi mənasında dövlət içində imperiyaya çevrilmişdi. Bir sıra ekspertlər hesab edir ki, Texnikabank indinin özündə də iqdisadi krizisin davam etdiyi zamanda təsiretmə imkanlarına malikdir. Çünki bankın görünməyən başqa tərəfləri də var ki, bu da qurulan imperiyanın gücünü artırır. Çox maraqlı haldır ki, “Texnikabank” həm də Azərbaycanda yeganə bankdır ki, kriminal olaylarda bankın adı xüsusilə çəkilir. Bunun detallarına aydınlıq gətirəcəyik. İndi isə qayıdaq “Texnikabank”ın səs-küylü növbəti qalmaqalına. Söhbət bankın Bakı filialının qalmaqalarından gedir.
Azərbaycanın bank tarixinində ilk ciddi cinayət işi kimi “Texnikabank” işi tarixə düşə bilərdi. Həm də ona görə ki, bu işdə açılmayan yetərli qədər tərəflər qalıb. Məsələn, bildirilir ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyevin Bakı filialında baş verən cinayətlərdən xəbəri olub və bununla bağlı filial rəhbəri ilə danışıqları olub. Qeyd olunur ki, əslində bu pulların bir hissəsinin gizlədilməsindi iki mühüm səbəb olub. Birinci səbəb, götürülən 4 milyon dollardan yararlanmaqla yeni bank açmaq niyyəti olub. Texnikabankdan kənarda yaradılacaq yeni bank əslində yenə Etibar Əliyevlə müştərək işləməli yeni himayədarlar gətirilməli və işləməli daha geniş əhatədə həyata keçirilməsi planlaşdırılıbmış. Amma bank açmaq üçün Etibar Əliyevin əməkdaşlarına söz verənlər son anda əlaqələri kəsiblər. Hətta belə bir fikir səslənir ki, həmin şəxslərdə yüz minlərlə manat pul qalıb. Etibar Əliyev məsələnin şişməməsi üçün susmağa üstünlük verib. Bundan başqa bildirilir ki, 61 vətəndaşdan 4 milyon dollar alınıb və 7 faizlik vədlə birlikdə 8 milyon dollar pul oğurlanıb. “Unikal” qəzeti isə bildirir ki, əslində məğləb 8 milyon dollardan çoxdur və yerdə qalan məbləg istintaqdan gizlənib. Daha dogrusu, məsələ aşkarlanan kimi Etibar Əliyev daha ciddi müştərilərin borcunu ödəyib və onların şikayətçi olmasının qarşısını alıb. Çox ciddi məqamlardan biri də budur ki, bu hadisə Hacı Məmmədov hadisəsi kimi qrup şəklində həyata keçirilib və demək olar ki, bank sisteminə öldürücü zərbə vurulub.
Maraqlı məqamlardan biri də budur ki, “Hacı Məmmədovluq” indinin özündə də davam edir. “Texnikabank” sadəcə olaraq öz filiallarının gördüyü işin məsuliyyətini daşımadığını bildirir. Halbuki bütün muqavilələrdə bir tərəf də bank olub və cavabdehlik məhz Etibar Əliyevin üzərinə düşür. Amma reallıqdan Etibar Əliyevə yaxın düşmək mümkünsüzdür. Yəqin ki, bu yazıdan sonra Etibar Əliyevin məsələdə iştirakının olub-olmaması ilə bağlı bizlərdən nələrsə soruşulacaq. Buna görə ilk növbədə əlaqədar təşkilatlardan bu suallara cavab tapmağı xahiş edirik.
1. Texnikabankın rəhbəri Etibar Əliyevin bankdan başqa hansı biznesi var?
2. İstirahət mərkəzi də başda olmaqla Etibar Əliyevin hansı iaşə obyektlləri bu gün də fəaliyyət göstərir?
3. Etibar Əliyev və ya bağlı olduğu şirkətlər son on il ərzində tikinti sektorunda hansı işlərlə məşğul olublar?
4. Etibar Əliyevə məxsus olan biznes strukturları hansı tenderlərdə iştirak edib?
5. Texnikabankın işlərini görən tikinti möəssisələri nəyə görə çöküb?
6. Texnikabankla əlaqəsi olan hansi iş adamı nəyə görə intihar edib?
Yəgin ki, bu sualların sayını kifayət qədər artırmaq olar. Amma hələlik bu suallara cavab tapmaq daha maraqlı olardı. Özü də bu nöqteyi nəzərdən ki, bankdakı payından kənarda bu işlər hansı maliyyı vasaiti hesabına görülüb.
Son zamanlar diqqəti cəlb edən məsələlərdən biri də “Texnikabank”ın kimlərsə tərəfindən himayə olunmasıdır. Əksər ekspertlər hesab edirlər ki, belə bir himayədarlıq olmasaydı, Etibar Əliyev bankın Bakı filialının rəhbəri həbs olunmamışdan qabaq həbs olunardı. Çünki bankla bağlı cavabdeh şəxs məhz Etibar Əliyevdir. Çünki vətəndaşlar bankın filialına ona görə pul qoyublar ki, Texnikabank əhalidə özünə qarşı inam yaratmışdı. Həqiqətən də, “Vahidbank” olaylarından sonra əhalinin banklara inamı, demek olar ki, itmişdi. İllər keçəndən sonra bu inam yenidən yaranmağa başladı və əhalini inandırmaq qabiliyyəti “Texnikabank”dada oldu. Amma sonra inamdan sui-istifadə olundu. Buna görə də bir başa cavabdeh qismində məhz Etibar Əliyev ortaya çıxarılmılı idi. Amma bu olmadı. Başqa maraqlı bir məqam isə ondan ibarətdir ki, “Texnikabank”da ciddi himayədarın olması səbəbindən elə bankın Bakı filialı belə hala düşüb. Çünki, yuxarıda da göstərdiyimiz kimi, bankın Bakı filialının ayrıca bir bank kimi qeydiyyatdan keçməsi üçün işlər həyata keçirilirmiş. Məqsəd isə daha yumşaq himayədar tapmaqla Texnikabankın nüfüzundan istifadə edib digər bank vasitəsi ilə daha çox pul qazanmaq imiş. Niyə bəs belə? Bunun isə izahı aşağıdakı kimidir.
Apardığımız araşdırmalar təsdiqləyir ki, ölkədəki bütün banklar dövlətlə əlaqəli fəaliyyət göstərir və nəqd pul kütləsinin dövriyyəyə baraxılmasından tutmuş kreditlərin verilməsinə qədər bütün işləri əlaqəli şəkildə həyata keçirirlər. Nəticə də əldə olunan gəlirə qədər hər şey tam nəzarətdə olur və banklar yaradılmış əlverişli şəraitə uyğun olaraq gəlirin hesabatını ortaya qoyurlar.
Bildirilir ki, son 4-5 il ərzində əlaqədar təşkilatlarına maraqlı xəbərlər gəlməyə başlayıb. Məlum olub ki, bir sıra banklar nəzarətdən kənarda ciddi əməliyyatlar həyata keçirtməkdə, tikinti bumunda aparıcı rol oynamaqda maraqlı olub və milyonlarla manat pul krediti şəklində elə özləri tərəfindən yenidən biznes sahələrinə yönəldilib. Hətta bəzi bankların torpaq sahələrini girov qoymaqla külli miqdarda pulu mənimsədikləri də aşkarlanıb. Məhz bundan sonra geyri-rəsmi şəkildə bildirilir ki, iriməbləğli kreditlərin verilməsi dayandırılsın. İndi bizlər üçün maraqlıdır və yəgin ki, əlaqədar təşkilatlar bu məsələnin araşdırmasıda maraqlı olmalıdır.
Məsələn:
1. Texnikabank bu günə qədər ən iri məbləğdə kreditləri hansı sahələrə ayırıb və kimlərə verib?
2. Texnikabankdan götürülən vəsait hansə şirkətlər tərəfindən bina tikintisinə yönəldilib?
3. “Texnikabank” sədri Etibar Əliyevin Azərbaycandan kənarda hansı ölkələrdə biznes şəbəkəsi var?
4. Ölkə kənarında Etibar Əliyevin qurduğu biznesin maliyyəsi haradan götürülüb?
5. Etibar Əliyev bankın gəlirini hansı şəkildə bölür və hansı dövlət məmurları ilə məsləhətləşmələr aparır?
Bundan başqa yetərli qədər maraqlı fakt budur ki, qara mühasibatlıq sisteminə uyğun olaraq gizli büdcə sistemində “Texnikabank”ın rolu aydınlaşdırılsın. Yəqin ki, bu məsələ də kifayət qədər ciddi bir məsələdir və hesab edirik ki, məhz bu məsələ daha çox diqqətlə araşdırılmalıdır.
Nəhayət, qayıdaq bankların birləşdirilməsi məsələsinə. Ekspertlər hesab edirlər ki, bir neçə bankı istisna etməklə yerdə qalan bankların əksəriyyəti sadecə sənədlərlə nə isə iŞ görürlər və bu işlərin əksəriyyətinin arxasında müəmmalı prosseslər var. Bu baxımdan bankların birləşdirilməsi prosesi Azərbaycanda real bank sistemini ortaya şıxara bilər. İndilikdə bankların gizli kapitallarını nəzərə almasaq, əksəriyyətində durumunun çox ağır olduğunu aşkarlayarıq. Belə də bankların birləşdirilməsi tam reallıgı ortaya şıxara və bank sisteminin “Hacı Məmmədovları” sadəcə ifşa oluna bilər. Məsələ ilə bağlı araşdərmalarımızı gözləyin. Bundan başqa Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun həyata keçirtmək istədiyi yeni bank siyasətinin gizlinləri ilə də tanış ola biləcəksiniz...