Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
“ZƏKİ” LƏQƏBLİ MƏMUR-OLİQARX KİMDİR?
28.7.2010
“ZƏKİ” LƏQƏBLİ MƏMUR-OLİQARX KİMDİR?
 
EHTİMALLARA GÖRƏ, BU KOD ADI KƏMALƏDDİN HEYDƏROVA UYGUN GƏLİR...
 
Azərbaycanda oliqarx-məmurlarla bağlı vaxtaşarı maraqlı və dəhşətli informasiyalar səslənməkdədir. Ən maraqlısı isə budur ki, əksər oliqarxlarımızla bağlı məlumatlar ölkə kənarından gəlir. Hətta gələn xəbərlərin içərisində elələri var ki, bunun dərci belə fiziki məhvlə sona çata bilər. Çünki bu faktları təstiqləmək şansımız yoxdur və buna görə bizi sadəcə böhtan atmaq bəhanəsi ilə susdura bilərlər.
 
Çünki bu günkü qanunvericilik onları haqlı çıxaracaq. Amma əldə etdiyimiz bəzi faktları bütün qanunvericilik normalarını nəzərə almaqla diqqətinizə çatdirırıq. Aldığımız məlumatda bildirilir ki, bu gün Azərbaycan da elə olqarxlar var ki, onlar dünya biznes elitasından tutmuş ən mafioz qurumlara qədər geniş dairələrdə ciddi nüfuza sahibdirlər. Hətta bunlardan bəziləri dünya iqdisadi sferasına təsir etmek qabiliyyətinə də malikdirlər.
 
Adi bir fakta diqqət yetirin ki, hətta Livan kimi dövlətlərdə də belə oliqarxlar ağlagəlməz söz və nüfuz sahibidirlər. Belə simalardan biri diqqətimizi daha çox cəlb etdi. Bu şəxs artıq 10 ildən çoxdur ki, dünyanın biznes elitasında ciddi nüfuz sahibinə çevrilə bilib və təsir imkanları o səviyyədədir ki, istənilən dövlətin investisiya probleminin həllinə dəstək ola bilər.
 
Bundan başqa, həmən şəxsin İtaliya kimi dövlətlərdə kökləşən mafioz dairələr arasında da ciddi nüfuzu var. Çox maraqlıdır ki, azərbaycanlı oliqarx bu gün də Uzaq Şərq ölkələrinin qaranlıq gücləri və biznes elitası ilə sıx əməkdaşlığa başlayıb. Bütün bunlardan sonra maraqlı son detala toxunmaq istəyirik. Söhbət həmən şəxsin kimliyindən gedir. Həmən şəxs sadaladığımız dairələr də öz adı ilə tanınmır. Əslində hamı onun kimliyini beş barmağı kimi bilir. Amma kod adı olaraq onu ZƏKİ deyə təqdim edirlər. “Zəki” kod adı altında qaranlıq dünyanın aparıcı fiqurlarından birinə çevrilən azərbaycanlının hazırda ölkəmizdə olduğu və ciddi post sahibi olaraq fəaliyyət göstərdiyi deyilir.
 
Bəs nəyə görə ZƏKİ? Bununla bağlı ciddi araşdırmalar apara bilməsək də, bəzi məqamlarla bağlı xəbərlər eldə etdik. Ona bu adın ya Fransada, ya da Livanda verildiyi deyilir. Zəki adı isə ona görə verilib ki, biznes əməliyyatlarını həddən artıq sürətlə aparır və bu günə qədər, bir dəfə də olsun, yanlışliğa yol verməyib. Hətta onun yanlışlıqdan qaçması səbəbindən bir sıra nüfuzlu və təsirli simalar öz sərvətlərinin də qorunmasını və inkişafını ona tapşırıblar.
 
Aldığımız bu ilginc informasiyanı dəqiqləşdirmək üçün xaricdə yaşayan azərbaycanlılarla söhbət etdik. Xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti ZƏKİ ləqəbli oliqarxımızın “fövqəlnazir” Kəmaləddin Heydərov olduğunu bildirdi. Bu informasiyanı tam dəqiqləşdirmək isə imkanlarımız xaricindədir.
 
“Zəki” ləqəbli azərbaycanlının dünya biznes elitasında belə bir gücə çevrilməsinə sevinmək lazımdı, yoxsa əksinə? Bunu oxucularımızın ixtiyarına buraxırıq.

784 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
Batu
Soyadınız:
Agalarov
Şərh:
ancaq sevinmek lazimdir. en azindan azerbaycanlidir. kolgesi bizlere bes eder

Adınız:
anar
Soyadınız:
bayramov
Şərh:
Bu Zəki o zıkilərdən deyil!

Adınız:
anar
Soyadınız:
bayramov
Şərh:
onda pia-nın prezident saytı ilə nə fərqi var ki?

Adınız:
anar
Soyadınız:
bayramov
Şərh:
keçmişdə də milyarderlərimiz olub lakin onlar allah taala onlara bəxşiş verdiyi mal-dövləti həris kimi qorxa-qorxa ancaq özləri və qohum-əğrübaları ilə bölüşüb üzərində titrəmirdilər.əsl insan və kişi kimi ehtiyacı olan həmvətənləri ilə də bölüşürdülər.adları da tarixdə və soydaşlarının xatirəsində qızıl hərflərlə həkk olunub.əsl zəki onlara deyərlər !...... bu sözlərin hamısı qanunvə etika normaları ilə uyğundur.

Adınız:
anar
Soyadınız:
bayramov
Şərh:
yəni gərək ancaq tərifnamə yazaq?

Adınız:
anar
Soyadınız:
bayramov
Şərh:
keçmişdə də milyarderlərimiz olub lakin onlar allah taala onlara bəxşiş verdiyi mal-dövləti həris kimi qorxa-qorxa ancaq özləri və qohum-əğrübaları ilə bölüşüb üzərində titrəmirdilər.əsl insan və kişi kimi ehtiyacı olan həmvətənləri ilə də bölüşüdülər.adları da tarixdə və soydaşlarının xatirəsində qızıl hərflərlə həkk olunub.əsl zəki onlara deyərlər !......

Adınız:
Kamran
Soyadınız:
Zeynalov
Şərh:
4ox super baxiram, hem de sevinirem. Bunlar hamisi Azerbaycan olkemizin adiyla baglidir.

Adınız:
FİRA
Soyadınız:
ƏLƏKBƏROVA
Şərh:
MEN ÇOX SEVİNDİM NİYEDE OLMASIN.ÇÜNKİ KAMAL MÜƏLLİM BAŞQALARINDAN ÇOX FERQLƏNİR. ONUN BU ADI ALMASINDA AĞILI VƏ SAVADI VAR. KAMAL MÜƏLİMMİN AĞILI YAŞINDA YOX BAŞINDADIR O BİLİR NƏ ETMƏK LAZIMDIR. AMMA ONUN AMERKALI CAZMENE VERDİYİ 1 MİLLİON PULU YOXSULLARA,XƏSTƏLƏRƏ VERSƏYDİ DAHA YAXŞI OLARDI.

Adınız:
papa
Soyadınız:
papayev
Şərh:
Allaha and olsun ki, başım itib. Evdə uşaq xəstədir amma dərman almaga pulum yoxdur. Sizcə mən buna sevinə bilərəm ?

Adınız:
Asim
Soyadınız:
Mammadov
Şərh:
Elbette sevinmek lazimdir, Azerbaycanli bir kishinin taninmasi xalqin da taninmasina yol acacaq, Zeki, cox agilli demekdir, qoy bele taninan kishilerimiz cox olsun, istenilen saheden zekilerin cixmasinin xalqa ancaq xeyri var...
Son Xəbərlər
9.9.2010 [3:53]
arrowNAZİRLƏR “SÜLH SAZİŞİ”Nİ POZDU
9.9.2010 [3:49]
arrowMƏNSİMOV GERİ ÇƏKİLİR?
9.9.2010 [3:27]
arrowTİNA KAYDANAU BAKIYA NİYƏ GƏLİB?
9.9.2010 [2:50]
arrowAYNUR CAMALQIZINA ÇƏTİN RƏQİB
9.9.2010 [3:10]
arrowAYDIN ABBASOV QOHUMUNU XİLAS EDƏ BİLƏCƏKMİ?
9.9.2010 [2:57]
arrowƏHƏD ABIYEV QƏZƏNFƏR AĞAYEVƏ QALİB GƏLDİ
9.9.2010 [3:36]
arrow“ƏTİR ƏZİZ”İN CƏLİLABAD MACƏRALARI...
9.9.2010 [3:30]
arrowBAKI BƏRBƏRXANALARINDAN REPORTAJ...
9.9.2010 [3:56]
arrowİQTİDAR «FACEBOOK» ÜZƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRİR?
9.9.2010 [3:33]
arrowŞAĞANDAKI ƏLİLLƏR PANSİONATINDA MÜDHİŞ YEYİNTİ FAKTI
9.9.2010 [3:45]
arrowNQÇİ RƏİSLƏRİNİN YENİ GƏLİR MƏNBƏYİ..
9.9.2010 [3:39]
arrowSURAXANIDA TORPAQ BÖHRANI...
8.9.2010 [4:19]
arrowİRANDAN ÖLKƏMİZƏ GİRİŞ-ÇIXIŞA MƏHDUDİYYƏT QOYULUB
8.9.2010 [3:02]
arrowERMƏNİ ƏSGƏRLƏRİN DAXİLİ ORQANLARI ÇIXARILIR!
9.9.2010 [3:18]
arrowRAUF ARİFOĞLU TƏŞƏBBÜSÇÜLƏRLƏ GÖRÜŞDÜ
8.9.2010 [8:58]
arrowİNSİDENT İŞTİRAKÇILARININ MƏTBUATA AÇIQLAMASI- DİN-İN HADİSƏLƏRƏ MÜNASİBƏTİ
8.9.2010 [5:03]
arrowTÜRKİYƏNİN QƏLƏBƏSİYLƏ TƏSƏLLİ TAPDIQ
8.9.2010 [4:59]
arrowMİLLİNİN QOLKİPERİNDƏN ŞOK AÇIQLAMA!
6.9.2010 [6:33]
arrowİLQAR MURADOV QARANLIQ SƏHNƏDƏ OXUYACAQ
6.9.2010 [6:31]
arrowƏFSANƏVİ "BONEY M" QRUPU BAKIDA KONSERT VERDİ
18.1.2010 [11:32]
arrowİÇİNDƏ "A" HƏRFİ YAZILMIŞ DAİRƏ
18.1.2010 [11:29]
arrowİTLƏRİN İNTİQAMI
8.9.2010 [2:21]
arrowCƏNUB BÖLGƏSİNDƏ NƏ BAŞ VERİR?
8.9.2010 [1:28]
arrowFÜZULİ ƏLƏKBƏROVUN MÜAVİNLƏRİNİN VARİDATI NAZİRİ KÖLGƏDƏ QOYUB


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI