Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
"ƏHƏD ABIYEV OYUN QAYDALARINI POZUB"
28.7.2010
 
Əli Cəfərov:  “Hakimiyyətin saxtakarlıqları nəticəsində parlamentə mandat qazana bilməmişəm”
 
“Biz mübarizəni daha sivil yolla aparmağın tərəfdarıyıq”
 
Müsahibimiz Demokratik İslahatlar Partiyasının (DİP) təşkilati məsələlər üzrə müşaviri Əli Cəfərovdur.
 
- Əli bəy, Demokratik İslahatlar partiyası parlament seçkilərində necə iştirak edəcək? Ümumiyyətlə, seçkilərə hazırlıq prosesi necə gedir?
 
- Seçkiyə hazırlıq prosesləri partiyada çoxdandır aparılır. Ötən ilki bələdiyyə seçkiləri bitəndən sonra, biz parlament seçkilərinə hazırlaşmağa başladıq. Artıq gələn aydan rayonlara səfər edib, oradakı partiya üzvlərimizlə görüşlər keçirəcəyik. Hazırkı durumda gördüyümüz əsas iş potensialın hesablanmasına yönəlib.
 
- Artıq hansı dairədən hansı partiya üzvünün namizədliyini irəli sürəcəyi müəyyənləşibmi?
 
- Xeyr, bu siyahı hələ dəqiqləşməyib. Qeyd etdiyim kimi, hazırda mövcud durumu dəyərləndirib ona uyğun addımlar atmağa çalışırıq. Namizədlərin siyahısı yaxın zamanda dəqiqləşəcək.
 
“Biz konstruktiv mövqeyi olan müxalif partiyayıq”
 
- Əli bəy, hamımız bilirik ki, bu işləri həyata keçirmək üçün müəyyən maliyə vəsaiti tələb olunur. Partiyanın maliyyə durumu necədir?
 
- İlk öncə qeyd edim ki, Demokratik İslahatlar Partiyası müxalifyönlü partiyadır. Biz hakimiyyətdə deyilik, eyni zamanda biz konstruktiv mövqeyi olan müxalif partiyayıq. Sadəcə bəzi müxalifət partiyalarından fərqli olaraq, mübarizəni daha sivil yolla aparmağın tərəfdarıyıq. Biz çalışırıq ki, problemləri həll edək, onu böyütməyək. Bütün bunları ona görə qeyd edirəm ki, ölkədəki müxalif partiyaların durumu necədirsə, bizdə də eyni vəziyyətdir.
 
- DİP seçki öncəsi hər hansı bir bloka daxil olmaq barədə düşünürmü?
 
- Partiya olaraq biz bloklara qoşulmağı düşünmürük. Bu bizim partiyanın hazırkı durum üçün olan qərarıdır. Ancaq biz bunu yüksək dəyərləndirirk. Əgər kim istəyirsə, blok yaradıb birləşə bilər.
 
“Biz, İsa bəyin atacağı addımları bilirik”
 
- AXCP-Müsavat birləşməsi haqqında nə düşünürsüz?
 
- Mən hər iki partiyanın fünksionerlərini yaxşı tanıyıram. Onların çoxu ilə bir yerdə milli azadlıq hərəkatında mübarizə aparmışıq. Bu iki partiyanın birləşməsi zaman- zaman gündəmə gəlib. Mən hesab edirəm ki, bu birləşmə onların xeyrinə olardı. Belə düşünürəm ki, birləşmə baş tutsa, klassik cəhbəçilər də bura qoşulacaqlar. Əlbətdə, klassik deyəndə Mirmahmud Fəttayevi nəzərdə tutmuram. Ancaq mən bu birləşmədə Müsavatın səmimiyyətinə hələ ki inanmıram, söhbət Əli bəy və İsa bəydən getmir, söhbət İsa bəyin ətrafında olan funksionerlərdən gedir. Bu gün mediandan da görünür ki, AXCP funksionerləri daha çox bu birləşməyə can atırlar. Mən inanmıram ki, bunlar ümumi şəkildə birləşəcəklər, məncə bu, seçki öncəsi bir blok halında olacaq. İsa bəyin atacağı addımları biz bilirik. Biz, yəni köhnə cəhbəçilər bunları çox gözəl bilirik. Ancaq mən yenə də deyirəm, əgər belə bir birləşmə olarsa, bu hər iki partiyanın xeyrinə olacaq, amma mən Müsavat partiyası funksionerlərinin buna xələl gətirəcəyini düşünürəm.
 
“Qüdrət Həsənquliyevin seçkilər vaxtı mənə olan ögey münasibətini görüb...”
 
- Özünüz parlament seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?
 
- Yəqin ki, irəli sürəcəyəm, ancaq indiki zamanda hansı dairədən namizəd olacağımı düşünməmişəm. İki rayon arasında seçim etməli olacağam. Bu, ya Qaradağ rayonu, ya da Masallı rayonu ola bilər. Hər iki rayondan namizəd olmuşam, amma seçkilər zamanı hakimiyyətin etdiyi saxtakarlıqlar nəticəsində parlamentə mandat qazana bilməmişəm. 2005-ci ildə isə Masallıdan namizədliyimi irəli sürəndə, istər hakimiyyətin saxtakarlıqlarını, istərsə də o zaman təmsil olunduğum Bütöv Azərbaycan Xalq Cəhbəsi partiyasının sədri Qüdrət Həsənquliyevin seçkilər vaxtı mənə olan ögey münasibətini görüb namizədliyimi geri çəkdim. Artıq anlamışdım ki, burada bir oyun var. Əgər bu il bəzi problemləri həll etsəm, yəqin ki, namizədliyimi verəcəm. Bura həm maliyyə məsələləri, həm də bir sıra texniki məsələlər aiddir.
 
“Əhəd Abıyev Masallılıların mənafeyini qorumaq üçün heç bir iş görməyib”
 
- Əli bəy, hazırda Masallıdan deputat olan Əhəd Abıyevin fəaliyyətini necə dəyərləndirirsiniz?
 
- Məncə Əhəd Abıyevin heç bir fəaliyyəti yoxdur ki, onu dəyərləndirim də. Mən bu sözləri onu rəqibi kimi yox, sadəcə Masallı vətəndaşı kimi deyirəm. Əhəd Abıyev Masallıların mənafeyini qorumaq üçün heç bir iş görməyib, bu insanın ümumiyyətlə bir fəaliyyəti olmayıb ki, onu dəyərləndirim. Əhəd Abıyev və onun komandası şəxsi mənafeyini güdən insanlardan ibarətdir. Ötən parlament seçkiləri öncəsi mən, Əhəd Abıyevlə bir neçə dəfə görüşdüm. O zaman ona dedim ki, sənin əlində böyük imkanlar var. Sən bundan istifadə et, Masallılılar arasında hörmət qazan. O isə əksini etdi. Bu gün Əhəd Abıyev özü də bilir ki, o oyun qaydalarını uduzub.
 
Pərviz Əzimov

227 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
Asif
Soyadınız:
Yusifli
Şərh:
Konstruktiv muxalifet nece olur bey? Bes qeyri konstruktiv muxalifet kimdir?


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI