Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
"MÜSTƏQİL MEDİA UĞRUNDA HƏRƏKAT"IN GÖRÜŞLƏRİ DAVAM EDİR
29.7.2010

Xəbər verdiyimiz kimi bir neçə gün öncə “Müstəqil Media Uğrunda" Hərəkatın təşəbbüs qrupu yaradılıb. Qrup nümayəndələri bu məqsədlə bir neçə görüş görüşlər keçiriblər. Xatırladaq ki, “Xural”, “Reytinq” və “Milli Yol” qəzetlərinin baş redaktorlarının təşəbbüsü ilə yaradılan hərəkat ilk məsləhət xarakterli görüşünü “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə keçirmişdi.
 
Dünən isə Hərəkatın Təşəbbüs Qrupu növbəti görüşlərini keçiriblər. “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnsitutunun (RATİ) rəhbəri Emin Hüseynovla keçirilən görüşlərdə hər iki şəxs yeni yaradılmış hərəkata tam dəstəklərini ifadə ediblər və bildiriblər ki, hərəkatın alternativ media təşkilatı kimi formalaşması üçün imkan daxilində beynəlxalq təşkilatların dəstəyini də bu hərəkata yönləndirməyə çalışacaqlar. Görüşlər zamanı hərəkatın görəcəyi işlər və planları barədə müzakirələr aparılıb.
 
Qeyd edək ki, indiyədək keçirilən hər üç görüş yeni hərəkatın təsisi edilməsi ilə bağlı dəstək toplamaq və digər media orqanı rəhbərlərinin dəstəyini də hərəkat ətrafında toplamaq məqsədi daşıyıb.
 
Onu da qeyd edək ki, yaxın günlərdə “Müstəqil Media Hərəkatı”nın təsis konfransı da keçiriləcək və hərəkat ictimaiyyətə təqdim ediləcək.
 
pia.az


42 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI