Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
İQTİSADİ İNKİŞAF NAZİRİ “VURULUR”
29.7.2010
İQTİSADİ İNKİŞAF NAZİRİ “VURULUR”
 
Ölkədə bəlkə də İqtisadi İnkişaf Nazirliyi yeganə nazirlikdir ki, yarandığı dövrdən bəri ona rəhbər təyin olunanlar tez-tez dəyişir
 
Ölkədə ilk İqtisadi İnkişaf Naziri Fərhad Əliyev olub. Onun aqibəti yəqin çoxlarının yadındadır. Fərhad Əliyev nəinki nazir postundan uzaqlaşdırıldı, hətta ona məxsus olan əmlakların demək olar ki, hamısı müsadirə olundu. Ondan sonra bu posta təyin olunan Heydər Babayev də bu postu çox qoruyub saxlaya bilmədi.
 
Düzdür o, Fərhad Əliyevin aqibətini yaşamadı, amma nazir kimi də çox fəaliyyət göstərə bilmədi. Heydər Babayevdən sonra bu vəzifəyə yenicə təyin olunmuş Şahin Mustafayevin də yaxınlarda nazir vəzifəsindən məhrum olacağı barədə redaksiyamıza məlumat daxil olub.

Mənbənin dediyinə görə, bu işdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri xüsusi canfəşanlıq göstərir. Buna səbəb isə onun bu vəzifəyə gəlmək istəyidir: “Kərəm Həsənov Fərhad Əliyev həbs olunanda elə düşünürdü ki, bu vəzifəyə onu təyin edəcəklər, lakin onun o zamankı istəyi baş tutmadı. Komitə rəhbəri indi yenidən bu həvəsə düşüb və əlindən olan bütün vəzifələrdən istifadə edərək Şahin Mustafayevu vurmağa çalışır.”
 
Mənbənin dediyinə görə Şahin Mustafayevin vurulması planı parlamentdən sonra öz nəticəsini verəcək.
 
Digər mənbələrdən əldə etdiyimiz məlumata görə, Kərəm Həsənov İqtisadi İnkişaf nazirini vurmaq üçün bu yaxınlarda mətbuatda da geniş kampaniya başlamağa cəhd edəcək.
 
pia.az


210 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI