Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
SABİR HACIYEV DƏ MANDATSIZ QALACAQ
29.7.2010
SABİR HACIYEV DƏ MANDATSIZ QALACAQ
 
Əvvəllər keçmiş prezident Ayaz Mütəllibovun adamı kimi tanınan, hazırda isə millət vəkili olan Vətəndaş Birliyi Partiyasının sədrinin mandatsız qalacağı ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Mənbənin dediyinə görə, bu il Sabir Hacıyevin seçildiyi 88 saylı Göyçay seçki dairəsindən hakimiyyətin özünün çox ciddi namizədi olacaq: “Əslində keçən seçkilər vaxtı da, Sabir Hacıyev mandat ala bilməyəcəkdi.

Sadəcə olaraq, həmin dövrdə hakimiyyətin yazıçı Anarla münasibətlərində bir gərginlik yaranmışdı. Bu səbəbdən də hakimiyyət Sabir Hacıyevin Ayaz Mütəllibova etdiyi xəyanəti də nəzərə alıb, ona mandat vermişdi. Bu il isə Sabir Hacıyevin seçilməyəcəyi barədə “yuxarı”larda qərar qəbul olunub.
 
Qeyd edək ki, Sabir Hacıyev bu il təkcə mandatdan yox, həmçinin borcdan da azad olacaq. Belə ki, o, partiyası üçün ofis icarə götürübmüş, buna görə də onun ofis rəhbərinə 15 min manat məbləğində borcu yaranıb.

Ofis sahibi Sabir Hacıyevi məhkəməyə verəndən sonra məhkəmə isə qərar çıxarıb ki, Sabir Haciyev deputat mandatı bitənə qədər bu pulu ödəməlidir. Beləliklə, Sabir Hacıyev eyni vaxtda iki yükdən azad olacaq.


135 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
xxx
Soyadınız:
xxx
Şərh:
getse yaxwidi deputat secilenden Goycaya bir defede olsun ki hec gelmeyib hec maraqlanmayibda


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI