Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
NƏSİMİNİN İCRA BAŞÇISI QIZIL ALVERİ İLƏ MƏŞĞULDUR?
29.7.2010
NƏSİMİNİN İCRA BAŞÇISI QIZIL ALVERİ İLƏ MƏŞĞULDUR?
 
Nəsimi rayon İcra başçısı Nəsib Məhəməliyevin qızıl ticarətinə başlaması haqqında xəbər yayılıb. Deyilənə görə, , Nəsib Məhəmməliyev tikinti sektoruna aid məhsulların satışı ilə də məşğul olur. Bu barədə mətbuatda dəfələrlə yazılıb.

Onun qızıl biznesinə başlaması barədə bizə məlumat verən şəxsin dediyinə görə, icra başçısı əvvəllər “Moskva” ticarət mərkəzini ələ keçirmək istəyib. Bu planı tam baş tutmadığı üçün o, ticarət mərkəzinin yaxınlığında 4 qızıl dükanı açıb.

Mənbənin dediyinə görə, Səudiyyə Ərəbistanından olan iş adamları ilə sıx əlaqəyə girən icra başçısı qızıl üçün lazım olan əsas xammalı oradan gətizdirir. Bizə çatan digər məlumatda isə Nəsib Məhəməliyevin artıq Moskva iş adamları ilə də əlaqə qurduğu deyilir.
 
Mənbənin dediyinə görə, icra başçısı bu yolla da Sibir qızılını ölkəyə gətirməyə müvəffəq olur. Bakıya gətilən xammal isə buradakı sexdə emal olunaraq, bəzək əşyaları formasında satışa çıxarılır.
 
Məlumatda həmçinin o da bildirilir ki, Nəsib Məhəməliyevin müştəriləri arasında nazirlər də var və bu səbəbdən ona məxsus qızıl sexləri bu yaxınlarda paytaxtın bütün qızıl tələbatını ödəyəcək mərkəzə çevrilə bilər.
 
pia.az

211 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI