
YÜKSƏK ÇİNLİ MƏMURUN QIZI ARTIQ BAKIDADIR
Məlumunuzdur ki, srağagün “Yeni Müsavat” qəzeti Londonda təhsil alan Azərbaycanda nazir statusunda olan bir komitə sədrinin qızı ilə orada bir erməni oğlan arasında sevgi macərasından bəhs edən məqalə dərc etmişdi.
Məsələ ilə bağlı dünən redaksiyamıza yeni və çox maraqlı məlumatlar daxil olub. Məlumatı verən mənbənin sözlərinə görə, bu məsələdən FH nazirinin oğlu Kəmaləddin Heydərovun Londonda yaşayan oğlu Taleh Heydərovun əvvəlcədən məlumatı var imiş. Taleh Heydərov həmin xanımı Londonda yanına çağıraraqbildirib ki, bu “sevdadan əl çəksin”. Məmur qızı isə Taleh Heydərovun bu təpkisindən sonra inadından dönməyib. Belə olan halda qızın sevgilisini- 40 yaşlarında erməni əsilli İngiltərə vətəndaşını - yanına çağıran Taleh Heydərov və onun dostları həmin şəxsi döyüblər.
İngiltərədəki mənbəmizin verdiyi məlumata bildirilir ki, hadisənin üstündən bir müddət keçəndən sonra həmin şəxs özünün Londonda olan dostları ilə birlikdə Taleh Heydərovun üstünə gəlib və iki tərəf arasında insident baş verib.
Son məlumat olaraq isə mənbə qeyd edir ki, həmin yüksək çinli məmurun qızı artıq Bakıdadır və hal-hazırda o, narkotik vasitələrdən istifadə etdiyi üçün bağ evində müalicə olunur.
Bildirək ki, İngiltərədəki mənbəmiz həmin komitə sədrinin kimliyi barədə bizi də məlumatlandırıb. Poliqon İnformasiya Agentliyi olaraq, Azərbaycanın ölkə xaricindəki imicinin zədələnməməsi naminə və özəl həyata müdaxilə etməmək prinsipinə söykənərək komitə sədrinin adını açıqlamırıq.Çünki artıq Ermənistan KİV-ləri bu hadisəni Azərbaycan əleyhinə istifadəyə başlayıblar.
Dünən bu məsələ ilə bağlı “Azadlıq” qəzeti də araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, komitə sədri qızının bu hərəkətinə nə qədər qəzəblənibsə, Taleh Heydərovun bu məsələ barədə Bakını məlumatlandırmasından da bir o qədər hiddətlənib. Bildirilir ki, komitə sədri bunun əvəzini Kəmaləddin Heydərovdan çıxmağı planlaşdırır.
pia.az