Artıq Polşa bizim üçün qorxulu yuxu deyil
Avropanın fatehi - "Qarabağ"!
Fanat: "Qarabağ" bacardı. Bizim üçün "qara bəla"ya çevirilmiş Polşa sindromunu qırdı. Əslində bu sindromu iyulun 22-də "İnter" qırmışdı. Amma "bankirlər" mərhələ adlaya bilməmişdi. "Qarabağ" isə səfər oyununda 1:0 hesablı qələbə qazandı, rəqib əsas oyunçularından birini itirdi və Fərhad Vəliyev penalti zərbəsini dəf etdi.
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Visla"nın qonağı olan "Qarabağ" səfər oyununda minimal hesablı qələbəyə sevindi. Qarşılaşmanın 70-ci dəqiqəsində meydana çıxan Vüqar Nadirov bir neçə saniyə sonra rəqib qapısına dəqiq zərbə vuraraq qəhrəmana çevirildi. Amma ondan da böyük qəhrəman tapıldı. Belə ki, qarşılaşmanın son saniyələrində Fərhad Vəliyev komandamızı real qoldan xilas etdi. Hakimin təyin etdiyi penalti zərbəsini ustalıqla dəf edən qolkiper adını futbol tariximizə yazdı. Bundan əvvəl isə qırmızı vərəqə alan Qordan Bunoza komandasını azlıqda qoymuşdu.
Qeyd edək ki, indiyə qədər 8 dəfə Avrokuboklarda rəqib olan Azərbaycan və Polşa klublarının bütün duellərindən polşalılar qalib ayrılıb. Bu günədək baş tutmuş 16 qarşılaşmanın yalnız birində qələbə qazanmışdıq. İki matç bərabərliklə başa çatdığı halda, 13 dəfə meydanı məğlub olmuşduq. Bu gecə Polşada ikinci qələbəmizi "Qarabağ"lılar rəsmiləşdirdi. Yığmamız da Polşa millisi ilə dörd dəfə qarşılaşıb və bütün hallarda məğlub olub. Tarixinin ağır məğlubiyyətlərindən birini də məhz bu ölkədə alıb - 8:0. Polşa - Azərbaycan qarşılaşmalarında "Qarabağ"ın hazırkı baş məşqçisi və 7 futbolçusu iştirak edib. Beləliklə, bu gecə Qurban Qurbanov və yetirmələri tarixi ədalətsizliyi düzəltdi və Polşa klubları üzərində ikinci qələbəmizi reallaşdırdı. Artıq Polşa Azərbaycan futbolu üçün qorxulu yuxu deyil. Uğurlar "Qarabağ"... Uğurlar, Qurban Qurbanov...
|
Avropa Liqası. III təsnifat mərhələsi. Cavab oyunu.
|
|
Visla (Polşa)
|
0:1
|
Qarabağ (Azərbaycan)
|
|
1
|
Milan Yovaniç
|
1
|
Fərhad Vəliyev
|
|
6
|
Qordan Bunoza
|
5
|
Maksim Medvedev
|
|
7
|
Radoslav Sobolevski (k)
|
6
|
Rəşad Sadiqov
|
|
8
|
Petr Brojek
|
11
17
|
Rauf Əliyev
Vüqar Nadirov, 70``
|
|
9
19
|
Rafal Boquski
Patrik Maleçki, 46``
|
13
|
Samir Abbasov
|
|
13
17
|
Draqan Paljiç
Andsas Krim, 67``
|
14
|
Rəşad Sadıqov
|
|
16
|
Tomas Yirsak
|
22
|
Əfran İsmayılov
|
|
22
|
Eik Tsikos
|
24
|
Admir Teli
|
|
23
11
|
Pavel Brojek
Voykek Lobodzinski, 75
|
25
|
Ansi Aqolli
|
|
24
|
Mateuş Kovalski
|
31
10
|
Andreys Rubins
Emin İmaməliyev, 36``
|
|
79
|
Maçey Jaravski
|
77
8
|
Georgi Adamiya
Aslan Kərimov, 90+3``
|
|
Ehtiyat oyunçular
|
Ehtiyat oyunçular
|
|
81
|
Maris Pavelek
|
12
|
Sahil Kərimov
|
|
10
|
Lukaş Qarqula
|
4
|
Zaur Həşimov
|
|
15
|
Junior Dias
|
7
|
Namiq Yusifov
|
|
20
|
Peter Sinqlar
|
9
|
Elvin Məmmədov
|
|
Baş məşqçi:Henrik Kaspeçak
|
Baş məşqçi:Qurban Qurbanov
|
|
Qol:
|
Vüqar Nadirov, 70
|
|
Sari vərəqələr:
|
Qordan Bunoza, 51. Qordan Bunoza, 84
|
|
Qırmızı vərəqə:
|
Qordan Bunoza, 84
|
|
Hakimlər:
|
Tom Harald Hagen, Sveyn İnqe Uiken, Sven Erik Midthyell, Kristoffer Helqerud (Norveç)
|
|
Hakim-inspektor
|
Peter Cons (İngiltərə)
|
|
UEFA nümayəndəsi:
|
Buyar Kasmi (Albaniya)
|
|
Krakov. "Hutnik" stadionu. Saat 23.00 (Bakı vaxtı)
|
F.T: "Qarabağ" Avropanın fəthini davam etdirir. Qurban Qurbanov və yetirmələri "Varşava faciəsi"ni unutdurdu
F.T: Və bitdi
90+3 - Aslan Kərimov Georgi Adamiyanı əvəzldi
Sağ ol Fərhad! Qapıçımız "Qarabağ"ı xilas etdi. O, Juravskinin zərbəsini dəf etdi
90 - Emin İmaməliyev kobud oynadı. Hakim penalti təyin etdi. Lakin Fərhad Vəliyev topu dəf etdi
90 - Fərhad Patrik Maleckinin zərbəsini dəf etdi
84 -- "Visla" azlıqda qaldı. Qordan Bunoza Georgi Adamiyaya qarşı kobud oyuna görə ikinci sarı vərəqəbəni aldı
81 - Fərhad Vəliyev rəqibin zərbəsini çətinlik çəkmədən dəf etdi
80 - Vüqar Nadirov rəqib qapıçı ilə üzbə-üz çıxdı. Lakin topu düz onun üstünə vurdu
80 - Emin İmaməliyev ikinci real qol vəziyyətini boşa verdi. O, bu dəfə Əfran İsmayılovun ötürməsindən yararlana bilmədi
75 - Voykek Lobodzinski Pavel Brojeki əvəzlədi
74 - Emin İmaməlyivev ikinci topu rəqib qapısından keçirə bilərdi. Onun iti bucaq altında zərbəsi kornerə çıxdı. Künc zərbəsini qapıçı dəf etdi
70 - Vüqar Nadirov meydana çıxan kimi qol vurdu. Hücumçu Əfran İsmayılovdan aldığı ötürməni uzaqdan bir başa qapıya göndərdi. Top rəqib qapıçının yanından keçib, tora daxil oldu
70 - VÜQAR NADİROOOOOOOOOOOOOOOOOVVVVVVVVVVVVVVVVVVVVVVVV
70 - QOOOOOOOOOOOOOOOOOOOOOOOLLLLLLLLLLLLLLLLLLLLLLL
70 - Qurban Qurbanov Vüqar Nadirovu döyüşə atdı. O, Rauf Əliyev meydana çıxdı
67 - Draqan Paljiçi Andsas Krim əvəzlədi
66 - Radoslav Sobolevskinin zərbəsi qapıdan azca aralı keçdi
62 - Komandamız rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratdı. Lakin qapı qarşısına asmaya Əfran İsmayılov dəqiq zərbə vura bilmədi
58 - Əfran İsmayılovdan gözəl hərəkətlər və Emin İmaməliyevə ötürmə... Lakin ikincinin zərbəsi qapıdan azca aralı keçdi. Bu epizodda Adamiya topa toxuna bilmədi
56 - Hakim qapımıza cərimə zərbəsi təfin etdi. Müdafiəçilərimiz təhlükəni uzaqlaşdırdı
55 - Az qala hesab açılacaqdı. Lakin müdafiəçilərimiz Tomas Yirsak və Patrik Maleçkiyə fərqəlnəmək imkanı vermədi
52 - Rəqibin hücumu təhülükəli oldu. Amma müdafiəçilərimiz yaxşı oynadı
51 - Qordan Bunoza cərimə meydançasına daxil olmağa çalışan Rauf Əliyevi kobudluqla dayandırdı və sarı vərəqə aldı. Hakim cərimə zərbəsi təyin etdi. Maksimin zərbəsi qeyri-dəqiq oldu
46 - "Visla"nın heyətində dəyişiklik edildi. Rafal Boquskini Patrik Maleçki əvəzlədi
46 - İkinci yarı başladı
H.T: İlk yarıda "Qarabağ" olduqca yaxşı təsir bağışladı. Müdafiəçilərimiz və qapıçının inamlı oyunu hesabın açılmasına imkan vermədi. "Qarabağ" hətta iki dəfə qola yaxın oldu. Amma Rauf Əliyev və Georgi Adamiya fərqlənə bilmədi. Birinci hissədə "Qarabağ" uğursuzluqla üzləşdi. Belə ki, Andreys Rubins zədələnərək yerini Emin İmaməliyevə verdi. İkinci hissədə "Qarabağ"a uğurlar arzulayırıq
H.T: İlk yarı bitdi
45 - Rəqib təhlükəli hücum qurdu. Az qala hesab açılacaqdı. Amma bəxtimiz gətirdi... "Visla"nın forvardı ofsayda düşdü
42 - "Qarabağ"ın müdafiəçiləri daha bir təhlükəli hücumu zərərsizləşdi. Əvvəlcə Rəşad Sadıqov, ardınca Fərhad Vəliyev rəqibə zərbə vurmağa imkan vermədi. Son anda isə Maksim yerə yıxılaraq topu uzaqlaşdırdı
36 - Bir az öncə zədə alan Andreys Rubins oyunu davam etdirə bilmədi. Qurban Qurbanov onu Emin İmaməliyevlə əvəzlədi
35 - Rəqib təhlükəli gəldi. Amma zərbə qapının üstündən getdi
33 - Rəqib müdafiəçi cərimə meydançasının yaxınlığında Rubinsə qarşı kobud oynadı. "Qarabağ"ın latviyalı oyunçusu zədə aldı. Hakim cərimə zərbəsi təyin etdi. Rəşad Sadıqovun zərbəsi az fərqlə qapının üstündən getdi
32 - "Qarabağ"ın müdafiəçiləri dəqiq oynayır. Bu dəfə Admir Teli qapı qarşısına asmanı başla uzaqlaşdırıb, təhlükəni sovuşdurdu
31 - Komandamız təhlükəli vəziyyət yarada bilərdi. Rubins qapıçı ilə təkbətək çıxmaq imkanı qazanmışdı. Amma hakim səhvə yol verərək, ofsayd qeydə aldı
30 - Rəqibin hücumu təhlükəli ola bilərdi. Lakin Maksim buna imkan vermədi
27 - Adamiya qol imkanını boşa verdi. Əfran İsmayılovun ötürməsindən sonra gürcü futbolçu qapıya b3-4 metrdən zərbə endirdi. Lakin onun zərbəsini müdafiəçi kornerə çıxardı. Künc zərbəsi nəticəsiz qaldı
25 - Draqan Paljicin zərbəsi qapıdan aralı keçdi
21 - Rəşad Sadıqovun cərimə zərbəsi qapıdan aralı keçdi
16 - Medvedev rəqibə qarşı kobud oynadı. Təhlükəli cərimə zərbəsi... Amma nəticə dəyişmədi
16 - Rubins topla irəlilədi. Onun Raufa ötürməsinir rəqib qapıçı dəf etdi
13 - Pavel Brojek cərimə meydançasına daxil oldu. Amma "Qarabağ"ın müdafiəçiləri onu zərərsizləşdirə bildi
11 - Fərhad Vəliyev növbəti dəfə "Qarabağ"ı xilas etdi. O, Tomas Yirsakın uzaqdan zərbəsini zərərsizləqşdirdi
9 - Fərhad Vəliyev komnadamızı xilas etdi. Kovalski 2-3 metrdən qapıya zərbə vurmaq imkanı qazandı. Lakin Fərhada dəyən top meydanı tərk etdi
8 - Bunoza Samir Abbasovun 10 metrdən təhlükəli zərbəsinin qarışısı aldı
8 - Rubinsin zərbəsi küncə çıxdı
3 - Ansi Aqolli Rafal Boquskiyə qarşı kobud oynadı. Hakim cərimə xəttinin yaxınlığından qapımıza cərimə zərbəsi təyin etdi. Draqan Paljiç qapıya təhlükəli zərbə endirdi. Lakin "Qarabağ"ın müdafiəçiləri yaxşı oynadı
1 - "Qarabağ" ilk dəqiqədə hesabı aça bilərdi. "Visla"nın müdafiəçiləri səhvə yol verdi. Lakin Rauf Əliyev qapını dəqiq nişan ala bilmədi
"Visla" - "Qarabağ" matçını millimizin baş məşqçisi Berti Foqts da canlı izləyir
Haydı "Qarabağ". Poşla klublarının Azərbaycan təmsilçiləri ilə oyunlarındanı qara sindromu qırmaq vaxıdır
1 - Oyun başladı
M.Ö: "Qarabağ" matç öncəsi son məşqini edir
M.Ö: "Visla" Kleberlə yaşanı, b oyunla Vilkin də xidmətindən yararlana bilməyəcək
M.Ö: Polşa klubunun əsas heyət oyunçularından olan Kleberlə bağlı son qərar verilib. Braziliyalı müdafiəçi "Qarabağ"a qarşı oynamayacaq.
M.Ö: Artıq Qurban Qurbanov start zeyətini açıqlayıb. Gözlənilənlərin əksinə olaraq, baş məşqçi Aslan Kərimovla Elvin Məmmədovu meydana buraxmayıb. Onları Samir Abbasovla Andreys Rubins əvəzləyib.
Baş məşqçi qapını Fərhad Vəliyevə tapşıracaq. Müdaifənin sağında Maksim Medvedev, solunda Ansi Aqolli, mərkəzində Rəşad Sadıqovla Admir Telli oynayacaq. Samir Abbasovla Rəşad Sadiqov dayaq yarımmüdafiəçisi kimi meydana çıxacaq. Qurbanov sağ cinahda Əfran İsmayılov şans verəcək. Georgi Adamiya Elvin Məmmədovun mövqeyinə çəkiləcək. Sol cinahda onun yerini yeni transfer Andrey Rubins tutacaq. Qarabağın start heyətində yer alan yeganə hücumçu isə Rauf Əliyev olacaq.
M.Ö: "Visla"nın baş məşqçisi Henrik Kaspeçak böyük ehtimalla qapıda Milan Yovaniçə şans verəcək. Müdafiə xəttində Junior Dias, Eik Tsikos, Mateuş Kovalski və Petr Brojekdən ibarət "kvartet" yer alacaq. Orta xəttə üç sırf yarımmüdafiəçi Radoslav Sobolevski, Lukaş Qarqula və Voytsex Lobodzinskini oynadacaq mütəxəssis əsasən cinah hücumlarına bel bağlayacaq ki, bu mövqelərdə də Patrik Maleçki və Rafal Boquski forma şansı qazanacaq. Hücumun sivri ucunda Pavel Brojek oynayacaq.
M.Ö: Qurban Qurbanov qapını həmişə olduğu kimi Fərhad Vəliyevə tapşıracaq. Müdafiənin sağ cinahında Maksim Medvedev, solunda yeni transfer Ansi Aqollini oynadacaq mütəxəssis Rəşad Sadıqovla Admir Teliyə həmişəki mövqeyində - müdafiənin mərkəzində şans verəcək. Qurbanov bir oyunluq fasilədən sonra Aslan Kərimovu start heyətinə qaytaracaq. Kapitan Rəşad Sadiqovla birlikdə dayaqyarımmüdafiəçisi kimi meydana çıxacaq. Yarımmüdafiənin cinahları Əfran İsmayılovla (sağ) Georgi Adamiyaya (sol) həvalə ediləcək. Rauf Əliyev yenə "Qarabağ"ın tək qol ümidi olacaq. Onun arxasında isə Elvin Məmmədov mövqe tutacaq.
M.Ö: Polşalılar "Qarabağ"la oyunda Argentinanın "River Pleyt" klubundan icarəyə götürdükləri 21 yaşlı yarımmüdafiəçi Andres Riosun xidmətindən yararlana bilməyəcək. Bu futbolçunun adı iştirak ərizəsinə salınmayıb. Əvəzində Tsezari Vilkin adı iştirak ərizəsinə daxil edilib. Komandanın aparıcı üzvlərindən olan Kleber böyük ehtimalla oyunu buraxacaq.
M.Ö: "Qarabağ" üç futbolçusunu Polşaya aparmayıb. Ayxan Abbasov, Tural İsgəndərov və Rəşad Kərimov bu günkü oyunda meydana çıxa bilməyəcək.
M.Ö: İndi "Qarabağ"ın heyətində yer alan 7 futbolçu və baş məşqçi Qurbanov Qurbanov Polşa yığmasına məğlubiyyətlərimizin iştirakçısı olub. Belə ki, 26 mart 2006-cı ildə keçirilən Polşa - Azərbaycan (8:0) oyununda Aslan Kərimov, Aftandil Hacıyev, Raşad Sadıqov, Vüqar Nadirrov və Qurban Qurbanov meydana start heyətinlə çıxıb, Samir Abbasov ehtiyatda qalıb. 4 iyunda Bakıda keçirilən cavab oyununda (0:3) isə Kərimov, Hacıyev, Sadıqov və Qurbanov start heyətində yer alıb. 24 mart 2008-ci ildə Varşavada Polşanın 5:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda indiki "Qarabağ"lılardan Aslan Kərimov, Samir Abbasov, Emin İmaməliyev meydana çıxıb. Farhad Vəliyevlə Vüqar Nadirov isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasında izləyib.
Həmin ilin 2 iyulunda Bakıda millimizin 1:3 hesablı yenilgisi ilə yekunlaşan qarşılaşmada qapını Fərhad Vəliyev qoruyub və Samir Abbasovla Emin İmamaliyev meydana çıxıb. Bu dəfə Zaur Haşimovla Vüqar Nadirov ehtiyatda qalıb.
M.Ö: Polşalılar milli komandamız üçün də arzuolunmaz rəqib hesab olunur. Belə ki, yığmamız tarixində ən ağır məğlubiyyətlərindən birini də məhz Polşa millisindən alıb. DÇ-2006-nın seçmə mərhələsində rəqibimiz olan Poşla yığması Varşavada 8:0, Bakıda 3:0 hesablı qələbə qazanıb. Həmin vaxt yığmaya Karlos Alberto Torres başçılıq edirdi.
AVRO-2008-in seçmə mərhələsində də rəqibimiz olan Polşa yenə qapımıza 8 qol vurub (Varşavada 5, Bakıda 3). Bu dəfə tilsimi qıran millmiz də rəqibin qapısına yol tapıb.
M.Ö: Təmsilçilərimiz indiyədək Avrokuboklarda Polşanın "Qutnik", "Vidzev", LKS, "Zaqlembe", "Lex" və "Qrotslin" klubları ilə qarşılaşıb. (daha ətraflı məlumat üçün TIKLA).
M.Ö: Klublrımız avrokuboklarda ən böyük hesablı məğlubiyyətini də məhz polşalılardan alıb. Belə ki, Polşa klubları ilə ilk duelimizin təsadüf etdiyi 1996/1997 mövsümündə "Xəzri" UEFA Kubokunun I təsnifat mərhələsində "Qutnik"ə rəqib olub. Maraqlıdır ki, bu klub da "Visla" kimi Krakov şəhərini təmsil edib. "Qarabağ"ın sabah meydana çıxacağı şəhərdə Azərbaycan təmsilçisi hələlik avrokuboklarda aldığımız ən acı məğlubiyyətlə qarşılaşıb - 9:0. Bu komandalar arasında Bakıda baş tutan matç 2:2 hesabı ilə başa çatıb.
M.Ö: "Neftçi" də tarixinin ən böyük hesablı məğlubiyyətini polşalılardan alıb. 1997/1998 mövsümündə Çempionlar Liqasında "Vidzev"lə qarşılaşan flaqman iki oyunda qapısında 10 qol görüb - 0:2, 0:8
M.Ö: Azərbaycan klubuları Polaş təmsilçiləri ilə indiyə qədər 8 dəfə avrokuboklarda bir-birilərinə rəqib olublar. İndiyə qədər keçirilən 16 qarşılaşmanın 13-də polşalılar qələbə qazanıb. İki dəfə belə görüşlər "sülh"lə başa çatıb. Təmsilçilərimiz bizim üçün arzuolunmaz rəqiblər üzərində cəmi bir qələbə qazanıblar ki, o da bu mövsümə təsadüf edib. İndiyə qədər Polşa səddini keçə bilməyən klublarımız rəqibin 48 qoluna 8 dəfə cavab verib (penalti qollları ilə birlikdə 57:16).
M.Ö: "Qarabağ" bu mövsüm Avropa Liqasında rəqib qapılarına 8 qol vurub, özü 4 dəfə məyus olub. Komandamızın qollarından dördünə Əfran İsmayılov, ikisinə Emin İmaməliyev, digər ikisinə isə Rəşad Sadıqovla Georgi Adamiya imza atıb.
M.Ö: Komandamız bu mövsüm artıq iki rəqibini sıradan çıxarığb. I təsnifat mərhələsində Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşan "Qarabağ" evdə 4:1 hesablı qələbə qazanıb və səfərdə heç-heçə oynayıb - 1:1. II təsnifat mərhələsində Şimali İrlandiyanın "Portadaun" klubuna səfərdə 2:1 hesablı ilə qalib gələn komandamız evdə "sülh"ə razalaşıb - 1:1.
M.Ö: "Qarabağ" 4 mövsüm UEFA Kubokunda (indiki Avropa Liqası) iştirak edib. İlk dəfə 1997/1998 mövsümündə ikinci dərəcəli klub turnirində iştirak edən ağdamlılar Çexiyanın "Yablonets" klubuna iki oyunda 0:8 hesabı ilə yenilib - 0:5, 0:3.
2004/2005 mövsümündə "Qarabağ"ın rəqibi Slovakiyanın "Dukla" klubu olub. Yenə hər iki oyun məğlubiyyətlə yekunlaşıb - 0:3, 0:1.
2006/2007 mövsümündə "Qarabağ" şansını son anda əldən verib. Belə ki, Moldovanın "Zimbru" klubu ilə hər iki oyun 1:1 hesabı ilə yukunlaşıb və moldovalılar əlavə vaxtda bir qol vuraraq mərhələ adlayıb.
"Qarabağ" Avropada ən uğurlu çıxışını ötən mövsüm göstərib. II təsnifat mərhələsində güclü "Rusenborq"u mübarizədən kənarlaşdıran (0:0, 1:0) Qurban Qurbanovun yetirmələri, III mərhələdə "Honka"nı (Finlandiya, 1:0, 2:1) sıradan çıxardı. Komandamızın qrup mərhələsinə gedən yolunu isə sonradan Hollandiya çempionu olan "Tvente" kəsdi. Hollandiyadakı oyunda 1:3 hesabı ilə yenilən ağdamlılar evdə rəqiblə sülh bağladı - 0:0.
M.Ö: "Qarabağ" avrokuboklarda mərhələ adlayan ilk klubumuz kimi də tarixə düşüb. Belə ki, 1999/2000 mövsümündə İntertoto Kubokuna qatılan ağdamlılar I mərhələdə "Makkabi" ilə qarşılaşıb və səfərdə 2:1 hesablı qələbə qazanıb. Evdə 0:1 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ" II mərhələyə adlayıb. İkinci mərhələdə isə Fransanın "Monpelye" klubu ilə oyunun nəticələri rusvayçı olub: evdə 0:3, səfərdə 0:6 hesablı məğlubiyyət.
Matçdan Öncə: "Qarabağ" indiyədək avrokuboklarda 24 oyun keçirib. İlk dəfə 1996/1997 mövsümündə Kuboklar Kubokuna qatılan ağdamlıların rəqibi Finlandiyanın "MüPA-47" klubu ilə. Bakıdakı oyundan 0:1 hesablı məğlubiyyələ ayrılan "Qarabağ" səfər oyununda qələbəni son anda əldən verib - 1:1. Bununla Ağdam klubu avrokuboklarda səfər oyununda xal qazanan ilk klubumuz olub.
"Qarabağ" 1998/1999 mövsümündə də Kuboklar Kubokunda iştirak edib. Bu dəfə nəticə daha ağır olub. İlk oyunda "Kopenhagen"ə 0:6 hesabı ilə yenilən ağdamlılar darmadağından qaça bilməyib - 0:4.