
“Baku Castel” Xırdalan Pivə Zavodunun istehsal etdiyi məhsullardan redaksiyamıza şikayət var
Son zamanlar redaksiyamıza “Xırdalan” pivələri ilə bağlı daxil olan şikayətlərin sayı xeyli artıb. Oxucularımız paytaxtın ticarət obyektlərində satılan pivələrdən istifadə etdikdən sonra müxtəlif mədə və bağırsaq xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Şikayət edənlərin əksəriyyət istehsal edilən pivələrin köhnə olduqlarını bildirirlər.
Belə narazılıqlar gəldiyi bir vaxtda “Xırdalan” pivələrini istehsal edən “Baku Castel” zavodunda işləyən fəhlələrdən biri şikayətçilərin haqlı olduqlarını təsdiqlədi. Bildirdi ki, zavod son illər xeyli ziyanla işləyir. Son bir ildə burada çalışanların iki dəfə ixtisarı həyata keçirilib.
Aldığımız məlumatlarda bildirilirdi ki, “Baku Castel” köhnə pivələri toplayaraq onları yenidən istehsala yönəldir. Daha doğrusu ötən ildən mağazalarda qalan “Xırdalan” pivələri toplanıb. Butulkaların ağzı açılmadan, köhnə etiketlər isti suda çıxarılandan sonra yeni etiketlər vurulur.
Zavoddaişləyənhəmsöhbətimizdediki, həqiqətəndə builyaymövsümündə yenibutulkalı, yenietiketliməhsullarınistehsalı nəzərdə tutulubmuş. O, “sonradan heç nə dəyişmədi. Rəhbərlik dedi ki, keçən il istehsal edilən məhsulların satışı yetərli səviyyədə olmadığı üçün qərar dəyişdi. İşçilər ixtisar olundu, köhnə məhsulların etiketləri dəyişdirilib yenidən istehsala buraxıldı. Pivənin köhnə olması insan sağlamlığı üçün əhəmiyyətli problemlər yaradır” dedi.
Qeyd edək ki, “Baku Castel” Xırdalan Pivə Zavodu “Xırdalan”la yanaşı, “”33” Exsport”, “Bizim pivə”, “Baku Castel Bie” adlı məhsullar da istehsal edir. Müşahidələrimiz göstərir ki, bu pivələrin “Xırdalan”dan fərqli olaraq etiketləri də dəyişdirilməyib. Xəbərlərdən göründüyü kimi zavod rəhbərliyi ən çox satılan “Xırdalan”ın etiketini təzələməklə, ölkə vətəndaşlarını kütləvi şəkildə aldatmaqla məşğul olur. Maraqlıdır ki, bu günə qədər adıçəkilən məhsulları istehsal edən zavodun rəhbərliyinə əlaqədar dövlət qurumları tərəfindən heç bir rəsmi irad bildirilməyib.
Hansı ki, “Baku Castel”in rəhbərliyi birinci dəfə deyil ki, vətəndaşları bu şəkildə aşağılamaqla məşğul olur. Eyni zamanda zavodun fransalı rəhbərləri bir zaman işçilərə öz aralarında Azərbaycan türkcəsində danışmağı qadağan etmişdi. Bu məsələylə bağlı Milli Məclisdə müzakirələr aparılıb, zavod rəhbərliyinə sorğu göndəriləndən sonra qadağa ortadan qalxdı. Lakin köhnə pivələrin təkrar kosmetik dəyişikliklərə istehsala yönəldilməsinə hələ də heç bir rəsmi müdaxilə edilməməməsi bizi də təəccübləndirdi.
Dünən apardığımız araşdırmalar zamanı zavodun pivə istehsalı üzrə tətbiq etdiyi texnologiyaları ilə də maraqlandıq. Məlum oldu ki, Xırdalan Pivə Zavodu “Şollar” içməli su kanalının üzərində yerləşir. Xırdalan şəhərində zavodun yaxınlığında yaşayan sakinlər bildirdilər ki, Şollar su kanalının üzərində yerləşən “Pepsi”, “Coca Cola” zavodları da içməli suya olan tələbatın azalmasına səbəb olur.
Yerli sakinlər zavodun sutka ərzində fasiləsiz olaraq işləməsinə də əngəl törədirlər. Göründüyü kimi, Baku Castel Pivə Zavodu azərbaycanlıların həyatına çox ciddi təhlükə yaratmaqla yanaşı, həm də pivə içməyənlərin yaşayışını çətinləşdirir. Onu da əlavə edək ki, Azərbaycanda pivə bazarını cəmi iki zavod inhisarında saxlayır. Biri Bakının “NZS” kimi tanınan Keşlə qəsəbəsində yerləşən zavod, o biri isə Baku Castel Pivə Zavodudur.
Dünən redaksiyamıza daxil olan şikayətlərlə bağlı “Baku Castel” Xırdalan Pivə Zavodunun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, gün ərzində zavodun ümumiyyətlə mətbuatla əlaqədar hansısa qurumunun mövcud olduğunu belə müəyyənləşdirə bilmədik.
pia.az