Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
AYDIN BƏŞİROVUN “GƏMİ TƏMİRİ” ƏMƏLİYYATI...
30.7.2010
AYDIN BƏŞİROVUN “GƏMİ TƏMİRİ” ƏMƏLİYYATI...
AYDIN BƏŞİROVUN “GƏMİ TƏMİRİ” ƏMƏLİYYATI...
 
Bu əməliyyatlara Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyi külli miqdarda dövlət vəsaiti “sərv edir”
 
Xəzər Dəniz Gəmiçilik İdarəsi və onun “əvəzolunmaz” rəhbəri Aydın Bəşirov barədə mətbuatda çox yazılıb. Yazıların da demək olar ki, hamısı məhz tənqidi notlar üzərində köklənib, Gəmiçilik İdarəsinin fəaliyyətinin ayrı-ayrı məqamlarına işaq salınıb. Hətta bir çox hallarda Xəzər Dəniz Gəmiçilik İdarəsinə rəhbərlik edən cənab Bəşirovun iş prinsipləri, həyata keçirilən əməliyyatlar barədə konkret faktlar açıqlanıb. Bu faktlar isə Aydın Bəşirovun ən azı tutduğu vəzifədən kənarlaşdırılması üçün əsas yaranmasına yetərli hesab oluna bilərdilər.
 
Bir ara Xəzər Dəniz Gəmiçilik İdarəsində xüsusi yoxlamaların aparılması barədə məlumatlar yayılsa da, nələrin aşkar olunduğu, araşdırmaların hansı istiqamətlərdə aparıldığı sirr olaraq qaldı. A.Bəşirovun vəzifədən kənarlaşdırılacağı barədə bu günə qədər dəfələrlə məlumatlar yayılıb, bunun artıq zərurətə çevrildiyini göstərən amillər sadalanıb. Amma gözlənilənlərin tam əksinə olaraq Bəşirovun imkanlarının genişlənməsi, onun rəhbərlik etdiyi idarəyə yaxın düşməyə həvəs göstərilməməsi müşahidə olundu.
 
Və elə bu kimi səbəblərdən də cənab Bəşirov hələ də Gəmiçilik İdarəsinin “əvəzolunmaz” rəisi hesab olunur. Geniş maliyyə imkanları ilə seçilən və əslində bəlkə də çoxdan “oliqarx” səviyyəsinə qalxan Aydın Bəşirova hələlik “gözün üstə qaşın var” deyilməməsindəndir ki, Xəzər Dəniz Gəmiçilik İdarəsindəki neqativ hallar aradan qaldırılmaq əvəzinə, daha da şaxələnir və bu idarənin resursları kimlərinsə şəxsi maraqlarının təmin olunmasına yönəlir. Gerçəkdən də A.Bəşirov bütün parametrlərinə görə bu gün “oliqarx” kimi xarakterizə oluna bilər. O, belə bir təqdimata əsas yarada biləcək inkişaf yolu keçib. Sahibi olduğu malikanələr, ayrı-ayrı obyektlər, şəxsi gəmilər və sairə göstəricilər baxımından A.Bəşirov bu gün, məsələn, Ziya Məmmədovla müqayisə oluna biləcək qədər qüdrətlidir. Sadəcə bir fərq var ki, cənab Bəşirov öz imkanlarını ətrafdakıların gözündən yayındırmağı bacarır, nələrə sahib olduğunu ustalıqla gizlətməyə çalışır. Odur ki, Bəşirovun adı hələ də “oliqarxlar” sırasında çəkilmir. Baxmayaraq ki, onun da artıq bu “status”da təqdim olunmasına əsas yaradan xeyli amillər var. Sadəcə, Bəşirov özünü gözə soxmaq, öz qüdrətini addım başı nümayiş etdirmək həvəsində deyil.
 
Sözsüz ki, A.Bəşirovun geniş maliyyə imkanlarının yaranmasında əsas rol oynayan məhz Xəzər Dəniz Gəmiçilik İdarəsidir. Məhz bu qurumun resurslarının şəxsi maraqların təmin edilməsinə yönəldilməsi nəticəsində A.Bəşirov günü-gündən əzəmətli görkəm alır, var-dövlətini “topdağıtmaz” səviyyəyə qaldırmağa müvəffəq olur.
 
Məsələn, təkcə gəmilərin təmiri adı altında həyata keçirilən maxinasiyalardan külli miqdarda vəsait əldə etmək mümkün olur ki, bu şansdan da maksimum dərəcədə yararlanılır. Məlumdur ki, müxtəlif məqsədlərlə Azərbaycan sularına təşrif buyuran xarici gəmilər də, geri dönməzdən əvvəl texniki baxışdan keçir, yaranmış problemlərin aradan qaldırılması üçün Xəzər Dəniz Gəmiçilik İdarəsinin nəzdindəki obyektlərdə təmirə dayanırlar.
 
Maraqlıdır ki, xarici gəmilərin tezliklə təmir olunması mümkün olduğu halda, ayrı-ayrı yerli şirkətlərə və ya sözügedən idarənin özünə məxsus olan gəmilər aylarla təmirdə qalırlar. Belə başa düşülə bilər ki, gəmilərin təmirdə yubanmasının səbəbi yaranmış problemin ağırlığı ilə bağlıdır. Amma əslində bu məsələnin arxasında tamam başqa mətləblər dayanır. Məsələ burasındadır ki, xarici gəmilərin təmiri ilə müqayisədə, yerli - Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus gəmilərin təmirindən kifayət qədər sanballı məbləğdə vəsait əldə olunur. Gəmilər təmirdə nə qədər çox qalsalar, bir o qədər yaxşıdır. Çünki belə də gəmilərdəki problemlərin sırası “genişlənir”, “əlavə xərclərin” sərf olunmasına ciddi ehtiyac yaranır.
 
Başqa sözlə desək, yerli gəmilərin təmirdə uzun müddət qalması Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyinə imkan verir ki, xırda nasazlığı olan gəmini az qala “yenidən yığıb”, bunun üçün külli miqdarda dövlət vəsaiti “sərf olunsun”. Xarici ölkələrə məxsus gəmilər isə bu işdə Gəmiçilik İdarəsinə yararlı olmadığından onlar tez bir zamanda təmir olunurlar. İdarənin özünə məxsus gəmilər isə uzun müddət təmir adı altında “mürgü vururlar”. Amma “təmirinə” böyük miqdarda dövlət vəsaiti “sərf olunmuş” gəmilər tez bir zamanda yenidən sıradan çıxırlar. Çünki uzun müddət “təmirdə” qalmalarına baxmayaraq əslində onların üzərində sadəcə kosmetik işlər aparılır. Kitab-dəfdərdə isə “çox böyük işlər” öz əksini tapır. Hər halda, gəmilərin ehtiyat hiscələrinin kifayət qədər sanballı qiymətdə olduğunu nəzərə alsaq, təkcə bir gəminin “təmirindən” nə qədər vəsait əldə oluduğunu təsəvvür etmək o qədər də çətin deyil.
 
Biz hələlik Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyinin bir fəaliyyət istiqamətinə toxunduq. Bu kimi “xeyirli işlər” həyata keçirmək üçün sözügedən idarədə əlverişli və münbit şərait höküm sürür ki, bütün bunlar barədə də növbəti məqalələrimizdə söhbət açacağıq. Məsələn, ondan bəhs edəcəyik ki, Aydın Bəşirov tez-tez kimin adından istifadə edib, öz şəxsi maraqlarını həyata keçirir? Bundan başqa onu da biləcəksiniz ki, Bayıl tərəfdəki gəmi təmiri zavodlarıdan birinə A.Bəşirov hansı qohumunu müdir təyin edib.

pia.az

169 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI