Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
İRANDAN NÖVBƏTİ ŞOVİNİST ADDIM
30.7.2010
İRANDAN NÖVBƏTİ ŞOVİNİST ADDIM
 
Bundan belə Azərbaycan sözlərindən reklamlarda istifadə qadağandır
 
İranda ticarət və reklamlarda xarici adlarla bir yerdə Türk adları da qadağan olunub
"Fərhəng və İrşad" nazirliyinin saytında, İranda qəbul olunmayan "Ticari və Reklam" mahiyyətli adlardan siyahılar qoyulub. Bu listdə, İngilis, Fransız, Ərəb və digər xarici dillərdən əlavə, İran xalqlarının dillərində olan adların bir hissəsi "qeyri-fars" başlığı altında yerləşdirilib və onlar xarici ad adlandırılıb.
 
“Amerikanın səsi” radiosunun məlumatına görə, İranın "Fərhəng və İrşad" və ya kültür nazirliyi, öz saytında, İranda qəbul olunan "Ticari və Reklam" mahiyyətli adlardan bir siyahı nəşr edib. Bu listdə, İngilis, Fransız, Ərəb və digər xarici dillərdən əlavə, İran xalqlarının dillərində olan adların bir hissəsi "qeyri-fars" başlığı altında yerləşdirilib və onlar xarici sözlər adlandırılıb. Bu sözlərin siyahısına alma, ana, Aysuda, Aynaz, Aylar, Barlı, burda, Bitana, Taysız, Can Su, Dayna, Dəniz, Sona, Sevin, Qaratel kimi adlara yer verilib. Bu listdə 830 addan bəhs olunur ki, onlardan 168-i fars dilindədir və azaddır
 
Bu listdəki qeyri-Fars adlara qadağanın qüvvəyə minmə tarixi, Kültür (mədəniyyət) nazirliyinin saytında qeyd edilmir. Sadəcə, bir qanuna istinad edir ki, o 1997-ci ildə (1375) qəbul olunub. Bu qanunda xarici sözlərin və adların, İran dövlətinə bağlı olan və müstəqil şirkətlər, mağazalar və iş yerlərinin adlarında və reklamlarında istifadə olunması cayiz bilinmir. Bu məlumat nazirliyin saytında yerləşib. Həmin qanunda deyilir ki, İranda istehsal edilən məhsulların adlarında və reklamlarında xarici sözlərin işlənməsi qadağandır.
 
Qadağan olan adların Farsca olub olmamasını, Kültür nazirliyi müəyyən edə bilməsə onda onları Fars Fərhəngistanı yəni Fars Kültür Mərkəzinə göndərir və oradan aldığı cavaba görə qərar qəbul edir. Bu listdə Cərəs, Restoran, Sayan, Siz və Horand kimi kəlmələr Farsca adlanır. İran azərbaycanlılarının Alma, Ana, Sona, Dəniz kimi kəlmələrdən öz iş yerlərininin adında istifadə etmələri qadağandır.
 
Nazirlik 662 qadağan olan addan ikisindən istifadəyə şərt əsasında icazə verir. "Aynaz" kəlməsinə bu şərtlə icazə verilir ki, təkcə İranın Türk mahallarında işlənsin və digər mahallarda istifadə olunmasın. İkinci ad, "Kalber" kəlməsidir. Nazirlik bildirir ki, bu şərtlə kalber sözündən istifadə oluna bilər ki, onun yanında yazılsın ki, "bu ad Sistan və Bəlucistan əyalətində bir kənd adıdır."
 
 

200 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
XEYAL
Soyadınız:
QAMBAYEV
Şərh:
İRANDAN BAŞQA NƏ GÖZLƏMƏK OLAR. 200 İLDİ Kİ BİZİM 110000 KVKM TORPAĞIMIZI ZƏBT ELƏYİBLƏR, BU ONUN YANINDA HEÇNƏDİ.TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDU, İRAN HƏMİŞƏ ERMƏNİLƏRƏ DƏSTƏK DURUB, BUNA YAXIN TARIX VƏ XALQMIZIN ŞAHİDDİR, ONLARIN BİZƏ DÜŞMƏN MÜNASİBƏTİ ŞAH İSMAYILIN VAXTINDAN BAŞLAYIR,
Son Xəbərlər
9.9.2010 [3:53]
arrowNAZİRLƏR “SÜLH SAZİŞİ”Nİ POZDU
9.9.2010 [3:49]
arrowMƏNSİMOV GERİ ÇƏKİLİR?
9.9.2010 [3:27]
arrowTİNA KAYDANAU BAKIYA NİYƏ GƏLİB?
9.9.2010 [2:50]
arrowAYNUR CAMALQIZINA ÇƏTİN RƏQİB
9.9.2010 [3:10]
arrowAYDIN ABBASOV QOHUMUNU XİLAS EDƏ BİLƏCƏKMİ?
9.9.2010 [2:57]
arrowƏHƏD ABIYEV QƏZƏNFƏR AĞAYEVƏ QALİB GƏLDİ
9.9.2010 [3:36]
arrow“ƏTİR ƏZİZ”İN CƏLİLABAD MACƏRALARI...
9.9.2010 [3:30]
arrowBAKI BƏRBƏRXANALARINDAN REPORTAJ...
9.9.2010 [3:56]
arrowİQTİDAR «FACEBOOK» ÜZƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRİR?
9.9.2010 [3:33]
arrowŞAĞANDAKI ƏLİLLƏR PANSİONATINDA MÜDHİŞ YEYİNTİ FAKTI
9.9.2010 [3:45]
arrowNQÇİ RƏİSLƏRİNİN YENİ GƏLİR MƏNBƏYİ..
9.9.2010 [3:39]
arrowSURAXANIDA TORPAQ BÖHRANI...
8.9.2010 [4:19]
arrowİRANDAN ÖLKƏMİZƏ GİRİŞ-ÇIXIŞA MƏHDUDİYYƏT QOYULUB
8.9.2010 [3:02]
arrowERMƏNİ ƏSGƏRLƏRİN DAXİLİ ORQANLARI ÇIXARILIR!
9.9.2010 [3:18]
arrowRAUF ARİFOĞLU TƏŞƏBBÜSÇÜLƏRLƏ GÖRÜŞDÜ
8.9.2010 [8:58]
arrowİNSİDENT İŞTİRAKÇILARININ MƏTBUATA AÇIQLAMASI- DİN-İN HADİSƏLƏRƏ MÜNASİBƏTİ
8.9.2010 [5:03]
arrowTÜRKİYƏNİN QƏLƏBƏSİYLƏ TƏSƏLLİ TAPDIQ
8.9.2010 [4:59]
arrowMİLLİNİN QOLKİPERİNDƏN ŞOK AÇIQLAMA!
6.9.2010 [6:33]
arrowİLQAR MURADOV QARANLIQ SƏHNƏDƏ OXUYACAQ
6.9.2010 [6:31]
arrowƏFSANƏVİ "BONEY M" QRUPU BAKIDA KONSERT VERDİ
18.1.2010 [11:32]
arrowİÇİNDƏ "A" HƏRFİ YAZILMIŞ DAİRƏ
18.1.2010 [11:29]
arrowİTLƏRİN İNTİQAMI
8.9.2010 [2:21]
arrowCƏNUB BÖLGƏSİNDƏ NƏ BAŞ VERİR?
8.9.2010 [1:28]
arrowFÜZULİ ƏLƏKBƏROVUN MÜAVİNLƏRİNİN VARİDATI NAZİRİ KÖLGƏDƏ QOYUB


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI