
QEYRİ-RƏSMİ ŞOU MƏCLİSİNƏ YALNIZ QADIN SƏNƏTÇİLƏR BURAXILIB
Bakının Novxanı kəndində olan oxucularımızdan redaksiyamıza kifayət qədər maraqlı bir məlumat daxil olub. Müraciət edən şikayətçi bildirir ki, iki həftə öncə Novxanı kəndində bağlar massivində bizə adı məlum olan Prezident Administrasiyasının şöbə müdirlərindən birinin bağ evində “parti” təşkil edilib.
Təşkil edilən dəbdəbəli məclisdə nüfuzlu rəhbər vəzifəli şəxsləri ilə yanaşı tanınmış qadın sənətçilər də olublar.
Bildirilir ki, bu “parti”də xanım sənətçilərin iştirakının təşkilində birbaşa olaraq PA-nın xidməti avtomobillərindən istifadə edilib. Novxanı sakinləri məclisin aparıcısının əslən şair Zəlimxan Yaqub olduğunu bildirirlər.
Xəbərin ən maraqlı hissəsi ondan ibarətdir idi ki, bu məclisdə kişi sənətcilər dəvət edilməyib. Hətta qadın sənətcilərin prodüsserləri və ya köməkçiləri olan kişilər qapı arxasında saxlanılıblar. Bu halın səbəblərini dəqiqləşdirə bilməsəkdə ətrafda yaşayan kənd sakinləri səhər saatlarına qədər davam edən məclisdə səsgücləndiricilərdən istifadə edilməsindən zinhara gəliblər.
Qeyd olunur ki, Novxanı bağlarına gedən yol həmin məclis vaxtı tamamilə bağlanıbmış. Yalnız qonaqlar yerləşdikdən sonra yol açılıb. Həmin gün səhərə qədər ətrafda yaşayan insanlar səs-küydən narahat olsalar da, şikayətlərini heç kimə deyə bilməyiblər.
Kənd sakinlərinin dediyinə görə, məclis başa çatandan bir gün sonra gələn qonaqlar Pa-nın şöbə müdirinə məxsus villanı tərk ediblər. Göründüyü kimi, bu mulumatdan da kifayət qədər suallar var ki, yəqin bu suallara da cavab almaq bizə o qədər də asan başa gəlməz…