Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
ERMƏNİSTAN RUSİYADAN İZAHAT TƏLƏB EDİR
30.7.2010
ERMƏNİSTAN RUSİYADAN İZAHAT TƏLƏB EDİR
 
Erməni politoloqStepan Qriqoryanöz ölkəsinin mətbuatına verdiyi açıqlamada Rusiyanın Azərbaycana 2 ədəd S-300 raketi satması barədə yayılan xəbərlərə münasibət bildirib.Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olaraq, bölgədə militarizasiyanın güclənməsinə dəstək verməməlidir” deyən siyasətçi bəyan edib ki, əgər bu xəbər gerçəkdirsə, Ermənistan strateji müttəfiqindən açıqlama istəməlidir. “Azerbaycana hərbi texnologiya satılmasının sadəcə Rusiyanın ticari mənfəətləri çərçivəsində olduğunu düşünmürəm”
 
Stepan Qriqoryan bu məsələnin təcili həll edilməli olduğunu və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının payızda keçiriləcək toplantısına saxlanılmamasını bildirib. “Rusiya prezidenti Medvedyev avqustda Ermənistana rəsmi səfər edəcək. Həmin vaxt bu məsələni dəqiqləşdirmək lazımdır. Təbii ki, diplomatik kanallar bu məsələni həll edə bilərlər”.
 
Qeyd edək ki, Rusiyanın “Vedemosti” qəzeti şimal qonşumuzun bizə 2 S-300 raketi satacağını yazmışdı. Azərbaycan tərəfi isə bu xəbəri təkzib etmişdi.
 
pia.az


134 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI