
ABŞ-ın Princeton Universitetinin mütəxəssisləri seksin beynin böyüməsinə köməkçi olduğunu ortaya çıxarıb.
Araşdırmaya görə, cinsi həyatı aktiv olanlar, həyatında heç vaxt sekslə məşğul olmayanlara nisbətdə daha rahat həyat sürürlər. Beləcə, yetkinlərdə beyin hüceyrələrinin böyüməsinə və inkişafına mənfi təsir edən stress faktoru seks sayəsində ortadan qalxmış olur. Araşdırma siçanlar üzərində aparılıb.Bir qisim siçan qarşı cinsdən uzaq tutularkən, digər qrup isə cinsi mənada aktivləşdirilib.
Təcrübələr əsnasında siçanların qanlarındakı stress hormonu səviyyələri də ölçülüb. Əldə edilən məlumatlar nəticəsində, cinsi həyatı aktiv siçanların beyinlərindəki sinir hüceyrələrinin sayının artdığı və daha az stressə girdikləri müəyyən edilib.
pia.az