
İyulun 28-də peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalan jurnalistlər – “Milli Yol” qəzetinin redaktor müavini Anar Gəraylı və “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov bugün RATİ və “Turan” İnformasiya Agentliyinin ortaq layihəsi olan “Obyetkiv-TV”nin qonağı olub.
Hər iki jurnalist qonaq olduqları “Çətin sual” verilişində başlarına gələn hadisəni bir sıra detalları ilə birlikdə danışıb. Anar Gəraylı və Elmin Bədəlov bir daha təsdiq ediblər ki, onlar peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalıblar.
Qeyd edək ki, veriliş canlı yayımlanıb. Verilişin təkrarına irfs.az saytında baxmaq olar.
Xatırladaq ki, hər iki jurnalist iyulun 28-də Şüvəlanda məmur villaları yerləşən məhələdə fotoçəkiliş apararkən villalardan birinin mühafizəçiləri tərəfindən döyülüblər. Sonradan Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bilinən villanın mühafizəçiləri jurnalistlərə ciddi bədən xəsarəti yetiriblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.
pia.az