Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
"VİSLA"NIN OYUNÇUSU: "MƏN CİNAYƏTKARAM"
30.7.2010
"VİSLA"NIN OYUNÇUSU: "MƏN CİNAYƏTKARAM"

 
"Acı həqiqət budur ki, azərilər bizdən yaxşı oynadı"
 
 
"Biz də yaxşı oynadıq. Ancaq, azərilər daha yaxşı idi. Təəssüf ki, penaltini dəqiq yerinə yetirə bilmədim". Bu sözləri "Qarabağ"ın qapısına təyin olunan penaltini dəqiq yeirinə yetirə bilməyən "Visla"nın oyunçusu Matey Juravski deyib.
 
 
Polşalı futbolçu nəticənin oyuna görə olmadığını bildirib: "Bizim çox sayda qol imkanımız oldu. Azərilərin də belə imkanları var idi. Ümumiyyətlə, oyun 1:0 hesabı ilə qurtarmamalı idi. Ən azı 3-4 qol vurmaq olardı. Səmimi deyirəm, mənim heç bir bəhanəm yoxdur. "Visla" kimi komanda belə vəziyyətlə üzləşməməli idi".
 
Penalti zərbəsini yerinə yetirə bilməyən futbolçu bununla cinayət etdiyini deyib: "Etiraf edirəm ki, matçı bərbad günə saldım. Penaltini vura bilməməklə mən cinayət etmişəm. Acı həqiqət budur ki, azərilər bizdən yaxşı oynadı. Bəli, bir daha deyirəm, bu, sadəcə olaraq, cinayətdir. Mən penaltini vura bilməməyimə başqa ad tapa bilmirəm".
 
 
Juravski Bakıda qələbə qazanmalı olduqlarını desə də, bunun heç də asan başa gəlməyəcəyini bildirib: "Bundan sonra nə etməli olduğumuz bəllidir. Bu psixoloji gərginlikdən qurtulmalı və cavab oyununa hazırlaşmalıyıq. Hamı üzərinə düşən məsuliyyəti bilir. Azərbaycan komandasına səfərdə qalib gəlməliyik. Ancaq bu asan olmayacaq. Çünki "Qarabağ" çox güclü komandadır".


123 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
ELİZABETH
Soyadınız:
MANDEL
Şərh:
QARABAĞ SENE UĞURLAR ARZULAYIRAM.ARZU EDİREM Kİ BAKIDADA BİZİ SEVİNDİRƏRSİZ ALLAH QOYSA ALLAHTALA SİZE KÖMEK ETSİN. BURDAKI OYUNDAN DA ÜZÜ AĞ ÇIXASIZ .AMMİN AMMİN İNŞALLAH DEYİREM.HAYDİ, HAYDİ QURBANOVUN İGİDLƏRİ İRƏLİ.ALLAHTALA SİZE KÖMƏK ETSİN AMMİN AMMİN.

Adınız:
Cavid
Soyadınız:
Əliyev
Şərh:
qarabag sene ugurlar arzulayiram.bize bu heyacanı yaşatdıgın üçün bir azarkeş kimi minnətdaram.


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI