
MƏTBUAT ŞURASI QƏRARINI DƏYİŞDİ
Mətbuat Şurası “Açıq Fikir” qəzetini reket qəzetlər siyahısından çıxardıb. Bununla bağlı “Açıq Fikir” qəzetinin baş redaktoru Asəf Rzayev açıqlama verib.
Açıqlamada deyilir: “Bildirmək istəyirəm ki, biz, belə bir qərarı, yəni ədalətli qərarı çoxdan gözləyirdik. Çünki bizim qəzetin adı o siyahıya sırf siyasi yazıya görə daxil edilmişdi və əslində, o siyahıda adımızın olmasının sırf psixoloji ağırlığı var idi. Bu gün isə artıq bunların hamısı keçmişdə qalıb. Biz Mətbuat Şurası ilə o zamankı qərardan sonra nə söz savaşına, nə də məhkəmə dartışmalarına getmədik. Çünki bu anlaşılmazlığın aradan qalxacağına inanırdıq. Bu gün baş verənlərə, anlaşılmazlığın aradan qalxmasına görə, bu işdə zəhməti olan hamıya təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, artıq bir neçə aydır ki, Əflatun Amaşovun sədri olduğu Mətbuat Şurası “Açıq Fikir” qəzetini reket qəzetlər siyahısına salmışdı.
pia.az