Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
HƏDƏLƏNƏN JURNALİST DAXİLİ İŞLƏR NAZİRİNƏ MÜRACİƏT EDƏCƏK
30.7.2010
 HƏDƏLƏNƏN JURNALİST DAXİLİ İŞLƏR NAZİRİNƏ MÜRACİƏT EDƏCƏK
 
HƏDƏLƏNƏN JURNALİST DAXİLİ İŞLƏR NAZİRİNƏ MÜRACİƏT EDƏCƏK
 
İyulun 28-də “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovla birlikdə Şüvəlan qəsəbəsində məmurların villalarının fotoşəkillərini çəkərkən sonradan Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu aydın olan villanın mühafizəçiləri tərəfindən döyülən “Milli Yol” qəzetinin baş redaktorunun müavini Anar Gəraylı baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada jurnalist bildirib ki, baş vermiş hadisədən polisə şikayət etməyə ehtiyac görmür. “Çünki indiki vəziyyətdə kimlərinsə cəzalanacağına inanmıram. “Bezpredel”in hüquqi müstəviyə yüksəldiyi bir anda jurnalist döydüyünə görə, kiminsə cəzalandırılacağı inandırıcı deyil. Qanuna əhəmiyyət verməyən adamlardan qanunla şikayət etmək, düşünürəm ki, əhəmiyyətsizdir”.
 
Ölkəmizdə cəzasızlıqla bağlı artıq bir çox presedentin mövcud olduğunu bildirən “Milli Yol” qəzetinin redaktoru sözlərinə belə davam edib. “Əgər bugün Elmar Hüseynovun qatilləri əllərini-qollarını sallayaraq, sərbəst şəkildə gəzirsə, əgər bugün iki nəfər xuliqan tərəfindən döyüldüyü üçün şikayət edən Adnan Hacızadə, Emin Milli kimi yüksək intellektli gənclər hüququn təhqir edilməsi naminə həbsə atılırsa, əgər bugün Eynulla Fətullayev qondarma və saxta ittihamlarla məhkum həyatı yaşayırsa,mən, iki jurnalisti “sadəcə döyənlərin” cəzalandırılacağına necə inana bilərəm? Açığı, bu qədər sadəlövh deyiləm. Bu səbəbdən də, yenə təkrar edirəm, mən, fərdi qaydada hüquq-mühafizə orqanlarına şikayət etmək barədə qərar verməmişəm”.
 
Məlum hadisə zamanı mühafizəçilər tərəfindən hədələndiklərini və 6 ay müddətində izlənəcəkləri barədə xəbərdar edildiklərini nəzərə çatdıran jurnalist qeyd edib ki, artıq məsələ kifayət qədər ictimailəşib və Daxili İşlər Nazirliyinin hadisədən xəbəri var. “Mən, bizə qarşı fiziki şiddət uyğulayan şəxslərdən şikayət etmək fikrində olmadığımı dedim və bunun subyektiv səbəblərini söylədim. Lakin hər hansı bir təhlükə hiss etdiyim, eyni zamanda, izləndiyim və ya telefon danışıqlarımın dinlənildiyi qənaətinə gəldiyim ilk anda, Daxili İşlər naziri Cənab Ramil Usubova müraciət ünvanlayacam və təhlükəsizliyimin təmin edilməsi ilə bağlı tədbir görülməsini rica edəcəm. Əgər bu halda müraciətim cavabsız qalsa, mənlə bağlı bütün məsuliyyəti Azərbaycan hüquq-mühafizə orqanları daşıyacaq və başıma gələcək hər hansı bir hadisədən də bizə şiddət göstərən şəxslər cavabdeh olacaq”.
 
Həmkarımız, həmçinin onu da qeyd etdi ki, hər bir kəs Azərbaycan Prezidentinin Mətbuatın 135 illiyi ilə əlaqədar çıxışında jurnalistlərlə bağlı söylədiyi sözlərin məsuliyyətini dərk etməli və prezidentin göstərişlərini pozacaq, onun çıxışlarına xələl gətirəcək bir işə qol qoymaqdan çəkinməlidir. “Düşünürəm ki, bizi bu vəziyyətə salan adamlar özləri də məsələnin belə həddə çıxmasında maraqlı deyildilər. Həmçinin, o adamlar da dərk edir ki, prezidentin jurnalistlərlə bağlı müsbət çıxışından sonra ölkə rəhbərliyinin imicinə xələl gətirəcək işlərə yol veriblər, ki bu da onlar üçün sevindirici olmayan bir məqamdır”.
 
“Milli Yol” qəzetinin və pia.az saytının baş redaktoru Şahin Ağabəyli isə artıq öz adından Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Şahin Ağabəyli müraciətdə “Milli Yol” qəzetinin redaktoru Anar Gəraylının təhlükəsizliyinin təmin edilməsini xahiş edir və səbəbkarların cəzalandırılmasını istəyir. Eyni zamanda, baş redaktor DİN-ə bununla bağlı məktub göndərib.
 
pia.az


68 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:




Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI