Sorğu
Sorğu mövcud deyil

Kitablar
Kitablar mövcud deyil
 
AKSİYA BAŞA ÇATDI, HƏBS EDİLƏNLƏR VAR...
31.7.2010
AKSİYA BAŞA ÇATDI, HƏBS EDİLƏNLƏR VAR...

10 NƏFƏR HƏBS CƏZASI ALDI

Məhkəmə 18 nəfərin 7-sinə 10 sutka, 2-sinə 7 sutka, bir aksiyaçıya isə 8 sutka həbs cəzası verib.

5 nəfər 25 manat, 2 nəfər 20 manat cərimələnib.

18 nəfərin 14-ü AXCP, 3-ü Müsavat, 1-i KXCP-dəndir.

Rüfət Hacıbəyli - 10 sutka
Bayram Bayramov - 10 sutka
Məcid Mərcanlı – 10 sutka
İnqilab Kərimov - 10 sutka
Ağaşirin Tanrıverdioğlu - 10 sutka
Vasif Alışov - 10 sutka
Fikrət Cəfərov - 10 sutka
Əflatun Əhmədzadə - 8 sutka
Vüqar Qədirov – 7 sutka
Məhəmməd Məcidli – 7 sutka

**

Elməddin Şükürov - 25 manat
Əbülfəz Qurbanlı – 25 man
Dəyanət Babayev – 25 man
Səfər Cavadov -25 man
Zaur Ağayev -25 manat
Elmar Mürsəlli – 20 man
Xalid Qarayev -20 manat

«Demokrat» qəzetinin əməkdaşı Nurməmməd Xanlarov xəbərdarlıq edilərək buraxılıb.
 
**
25 MÜXALİFƏTÇİ QOBUSTAN MUZEYİNİN QARŞISINDADIR
 
«Faktiki olaraq bizi girov götürüblər».
 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin aksiyasından sonra 25 müxalifətçinin Qobustan muzeyinə gətirilməsinə münasibəti belə olub:
 
«Bu, tamamilə qanunsuz hərəkətdir, faktiki olaraq bizi girov götürüblər. Nə polisin əsasnaməsində, nə Azərbaycan qanunvericiliyində belə cəza növü mövcud deyil. Bu, konstitusiya və qanunlara ziddir».
 
Qobustan muzeyinə gətirilən 25 nəfər Müsavat, AXCP və Klassik Xalq Cəbhəsi Partiyasının üzvləridir.
 
15-18 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB
 
Bakışəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev:
 
«Dünəndən xəbərdarlıq etmişdik ki, razılaşdırılmamış yerdə aksiyaya imkan verilməyəcək. Onlar da təxminən 17 radələrində gəlib cəhd etdilər, bunun da qarşısı alındı. Qaydanı pozdular, polis əməkdaşları bir neçə nəfəri saxlayıb. Hal-hazırda 15-18 nəfərin işi məhkəməyə göndərilib. Saxlananlar elə bu qədər olub».
 
MÜXALİFƏTÇİLƏRİ YENƏ QOBUSTANA APARIRLAR
 
Müxalifət partiyaları aksiya zamanı 100-dən çox adamın saxlandığını iddia edir.
 
AXCP sədrinin köməkçisi Faiq Əmirov Azadlıq Radiosuna 45, Müsavat başqanının müavini Mehman Cavadoğlu isə 70-ə yaxın adamın saxlandığını bildirir.
 
Saxlanılan müxalifət fəalları Səbail rayonunun 8, 9 və 39-cu bölmələrinə aparılıb.
 
Müsavat Partiyası daha 20-yə yaxın adamın avtobusda Qobustan istiqamətində aparıldığını deyir. Avtobusda olanlar arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Hüseyn Məlik də var.
 
ƏLİ KƏRİMLİ: «AKSİYA UĞURLU OLDU»
 
AXCP sədri Əli Kərimli Azadlıq Radiosuna müxalifətin Fəvvarələr
bağında keçirdiyi aksiyanın uğurlu olduğunu deyib:
 
«İyulun 31-də keçirilən aksiya aprel ayından bəri müxalifətin 9-cu, AXCP və Müsavatın birgə təşkil etdiyi ilk aksiya idi. Fikrimcə, aksiya uğurlu oldu - yüzlərlə müxalifətçi «Azad seçki!», «Azadlıq!», «Qarabağ!»» şüarları iləşəhərin mərkəzində etirazlarını ifadə etdilər. Hökumət çoxlu sayda polis çıxarmalı oldu şəhərin mərkəzinə. Polis aksiyaçılara qarşı zor tətbiq edib, xeyli sayda müxalifətçi tutulub. Hələ ki, məlumatlar dəqiqləşdirilir. 45 cəbhəçinin (AXCP üzvü) saxlandığı barədə dəqiq məlumatımız var».
 
AXCP sədri Əli Kərimli deyir ki, aksiya əsas məqsədinə nail olub:
 
«Biz Azərbaycana və dünya ictimaiyyətinə bir daha göstərdik ki, azərbaycanlıların ən azı bir hissəsi mövcud siyasi rejimlə razılaşmır, sərbəst toplaşma hüququnun pozulmasına etiraz, azad seçki tələb edir».
 
İSA QƏMBƏR: «AKSİYA HƏLƏ DAVAM EDİR»
 
Müsavat Partiyasının başqanıİsa Qəmbər Azadlıq Radiosuna iyulun 31-də müxalifətin birgə aksiyasını belə qiymətləndirib:
 
«Azərbaycanın demokratik qüvvələri bir daha iradələrini ortaya qoydular, azadlıqların genişlənməsi, sərbəst toplaşma hüququnun bərpası istiqamətində daha bir mühüm addım atıldı. Müsavat Partiyasının, DUİ-nin, AXCP-nin, eləcə də adıçəkilməyən digər partiyalar və müstəqil gənclərin iştirakı ilə müxalifət birlik nümayiş etdirdi, sərbəst toplaşma azadlığının pozulmasına etirazını bildirdi».
 
 
İsa Qəmbər deyib ki, aksiya hələ başa çatmayıb:
 
«Təcrübə göstərir ki, aksiyalar təkcə müxalif partiyaların üzvlərinin həbsi ilə yekunlaşmır. Bundan sonra da məhkəmə prosesləri, təzyiqlər, mənasız Qobustan gəzintiləri olur və orada da üzvlərimiz hüquqlarını tələb etməkdə davam edirlər. Bu baxımdan, hələ də izləyirik, aksiya davam edir».
 
ARİF HACILI: «50-YƏ YAXIN AKSİYAÇI 8-Cİ POLİS BÖLMƏSİ QARŞISINDADIR»
 
Müsavat Partiyasından Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, o, da daxil olmaqla müxalifətin Fəvvarələr bağında keçirdiyi aksiyasında tutulanları Səbail rayon 8 saylı polis bölməsinin qarşısında avtobuslarda gözlədirlər.
 
A.Hacılının dediyinə görə, onun olduğu avtobusda 30-a, başqa bir avtobusda isə 20-yə yaxın aksiyaçı var.

**
Müsavat Partiyasından aldığımız məlumata görə, bugünkü aksiyada həbs edilənlərin natamam siyahısı aşağıdakı kimidir:
 
1. Arif Hacılı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
2. Pənah Hüseyn – AXP
3. Mustafa Hacılı – “Demokrat” qəzetinin Baş redaktoru
4. Vəfa Cümşüdlü – Müsavat Qadınlar Birliyinin sədri
5. Tural Abbaslı – Müsavat Gənclər Təşkilatının sədri
6. Əhəd Məmmədli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini
7. Cavid Hacıbəyli - Müsavat Gənclər Təşkilatının üzvü
8. Şakir Abdullayev - Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri
9. Nəcməddin Xanlarov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
10. Qiyas Sadıqov – AXP sədri
11. Xeyrulla Balaxanlı – Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri
12. Hüseyn Məlik – Müsavat Partiyası Səbail rayon təşkilatının sədri
13. Zakir Məmmədzadə - Müsavat Partiyası Nizami rayon təşkilatının sədri
14. İzzət Məmmədli - Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının sədri
15. Fəxrəddin Abbas - Müsavat Partiyası Sumqayıt Şəhər təşkilatının sədri
16. Səxavət Soltanlı - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
17. Tural Soltan - Müsavat Partiyası Gənclər Təşkilatının təşkilatının üzvü
18. Kərim Ağarzayev - Müsavat Partiyası Salyan rayon təşkilatının üzvü
19. Mübariz _______________ - Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü
20. Zakir ________________ - Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü
21. Lətafət Məlikova - Müsavat Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini
22. Bayram Bayramov - Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü
23. Elşad Budaqov – Müsavat Partiyasının üzvü
24. Ayaz Bəyturan - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
25. Əlihüseyn Ağayev - Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü
26. Elmin Bədəlov – “Yeni Müsavat” qəzetinin əməkdaşı
27. Yaşar Türkazər - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü
28. Fikrət Cəfərov – KXCP-nin üzvü
 
 
 
29. Yusif Məcidov – AXCP-nin üzvü.

 **
Fəvvarələr bağının ətrafında dayanan avtobuslara doldurulan müxalifətçilər naməlum istiqamətdə aparırlar.

**
Əbülfəz Qurbanlı, Elmar Freeman, Məcid Mərcanlı, Asif Yusifli, Ramiz Kamal və başqaları saxlananlar arasındadır.  

**
50-dən artıq aksiyaçı həbs edilərək avtobuslarla ərazidən uzaqlaşdırırlıb.

**
Aksiya başladı. Birləşmiş müxalifət 3 qrupa bölünərək yürüşə başladılar. AXCP-cilərdən ibarət ilk qrup "Tarqovı"dakı "MCdonalds" restoranının qabağına doğru hərəkət ediblər. Polislər aksiyaçıların qarşısısnı kəsərək zorla avtobuslara doğru sürükləyiblər. 30-dan artıq aksiyaçı avtobuslara doldurulub müxtəlif müxtəlif istiqamətlərə aparılıb. Aksiyaçılar "Azad Seçki", "Azad Gənc, Azad Gələcək", "İstefa" şüarlarından istifadə ediblər.

İkinci qrupun- Müsavatçıların aksiyasının qarşısını almaq üçün polislər əraziyə "ətdən barikada" qurublar. Müsavatçılar, başda Arif Hacılı olmaqla əraziyə daxil olublar, hal-hazırda şüarlar səsləndirilir. Polislər Arif Hacılını, Tural Abbaslını və onlarla müsavatçını həbs etdilər.

Yeni Müsavatın əməkdaşı Elmin Bədəlovu da həbs ediblər.

Millət Vəkili Pənah Hüseyn də həbs olunanlar arasında var.

ATƏT nümayəndələri hadisə yerinə gəliblər.

Üçüncü dalğanı isə DUİ üzvləri təşkil edəcək. Hərəkat üzvlərinin haradan əraziyə girəcəyi bəlli deyil.

**

Əməkdaşımızın bildirdiyinə görə, polislər və mükli geyimlilər hal-hazırda Elmlər Akademiyası metrostansiyasının ətrafını mühasirəyə alıb.

**

Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətindən daxil olan məlumata görə, bu gün səhər saatlarında ADP Gənclər Təşkilatının iki fəalı - Kamal və Orxan Hüseynov qardaşları həbs olunub. Onlar yaşadıqları evdən çıxarkən mülki geyimli şəxslər tərəfindən heç bir əsas göstərilmədən saxlanılıb. Mülki şəxslərə tabe olmaq istəməyən ADP-çi gənclər zorakılığa məruz qalaraq maşına oturdularaq naməlum istiqamətə aparılıb. Kamal və Orxan Hüseynov qardaşları AXCP-nin sonuncu aksiyası zamanı da aktiv şəkildə iştirak etmişdilər, aksiya zamanı polis zorakılığına məruz qalmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.

**

Bu gün səhər saatlarında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evdən çıxarkən, polis tərəfindən həbs edilib. Həbsin bugün keçirilməsi planlanan mitinqlə bağlı olduğu ehtimal edilir.

**
MÜSAVAT VƏ AXCP-NİN BİRGƏ AKSİYASI SAAT 17.00-DA BAŞLAYACAQ
Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) yenə “ənənəsinə” sadiq qalaraq müxalifətə mitinq keçirmək üçün şərait yaratmadı. AXCP və Müsavat Partiyalarının meriyaya aksiyanın keçirilməsi ilə bağlı müraciətlərinə mənfi cavab verilib. Belə olan halda meriyanın cavabı demokratik qüvvələrin 31 iyul aksiyası ilə bağlı planlarında hansı dəyişikliklərə səbəb olacaq? Ümumiyyətlə, aksiyanı keçirməkdə israrlı olan müxalifətçilər bu dəfə hansı taktikanı rəhbər tutacaqlar?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, meriya yenə “ənənəsinə” uyğun olaraq cavab məktubunda şəhərin ucqarlarındakı yerləri mitinq üçün təklif edib. Bu isə qəbuledilməzdir: “Icra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı üçün ayırdığı məkanlar qaneedici sayıla bilməz. Ona görə biz bu yerlərdə deyil, aksiyamızı iyulun 31-i saat 17.00-da meriyanın qarşısında keçirmək niyyətindəyik. Budəfəki tədbir, Müsavatla əvvəlcədən razılaşdırıldığı kimi, eyni yerdə və eyni saatda keçiriləcək. Aksiyanın şüarları da dəyişilməz olaraq qalıb. Tələbimiz parlament seçkisi ərəfəsində azad seçki mühitinin yaradılması və Qarabağla bağlıdır”.
 
Müsavat Partiyası Icra Aparatının rəhbəri Arif Hacılı da bildirdi ki, meriyanın müxalifətin aksiyasına rədd cavabı verəcəyi onlar üçün yenilik olmadı. Bu cür qərarın veriləcəyini təxmin etdiklərindən əvvəlcədən mitinq hazırlıqlarına fasilə vermədiklərini söyləyən A.Hacılı vurğuladı ki, iyulun 31-i saat 5-də BŞIH-nin binası önündə müxalifətin birgə aksiyası reallaşdırılacaq. A.Hacılı yenə də vurğuladı ki, bu aksiya əvvəlkilərdən fərqli olaraq eyni məkanda və saatda keçiriləcək.
 
  

318 dəfə oxunub

Şərhinizi Əlavə Edin

Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, redaktorlar tərəfindən silinəcək.



Adınız:
Soyadınız:
Şərh:



Adınız:
Ayaz
Soyadınız:
Qasimov
Şərh:
Yeni bir ozunu ifade formasinin vaxti catmayibmi? Her yerde yalan, bu da bir yalan. Insanlar hec kime inanmir. Ona gore butun cehtler bosa cixir.

Adınız:
vusal
Soyadınız:
BERDELİ
Şərh:
ARİF BEY EN MUBARİZ MUSAVATCİLARDANDİ ONA MİNNETDARAM.


Yazarlar
HACI ZEYNALLI
ÖVLAD VƏ VALİDEYN MÜNASİBƏTLƏRİ
HACI ZEYNALLI
MİRMEHDİ AĞAOĞLU
YAZIÇI VƏ OTAĞI
MİRMEHDİ AĞAOĞLU
ANAR GƏRAYLI
DALAŞQAN JURNALİSTLƏR...
ANAR GƏRAYLI