Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Hörmüz boğazını bağlasa nə olacaq? – Mayın 2-dən sonrasının sualı

İranın bu təhdidi konkretləşdirməsinə bununla birbaşa əlaqəli olan ABŞ və regiondakı digər neft istehsalçıları necə reaksiya verər?

Erdal Tanas,
“Yeni Şafak” qəzeti, Türkiyə, 29 aprel 2019-cu il

ABŞ 2018-in noyabrında Çin, Hindistan, Cənubi Koreya, Yaponiya, Türkiyə, Yunanıstan, İtaliya və Tayvanı İranla olan neft ticarətində tətbiq olunacaq sanksiyalardan müvəqqəti olaraq azad etmişdi. Bu azadlıq bu həftə, yəni 2 mayda başa çatır.

Bu müddətdə İrandan neft ixrac edən ölkələr üçün yeni bir dönəm başlayacaq. Bu ölkələr ya neftə olan təlabatlarını ödəmək üçün yeni istehsalçı ölkələr tapacaqlar, ya da hazırda neft ixrac etdikləri ölkələrdən daha çox neft idxal edəcəklər.

Bəs bu vəziyyətdə sanksiyaların içində olan İran nə edəcək? İranın sonrakı həmləsi nə olacaq? Dünya neft bazarlarını nə gözləyir?

İran nə edəcək?

İran neft gəlirlərindən asılı bir ölkədir. Türkiyə necə neft və təbii qazln idxalından asılıdırsa, eləcə də İran neftdən və təbii qazdan gələn gəlirdən asılıdır. Həmçinin, İran dünya neft ehtiyatlarına sahib olan ölkələr arasında ilk 4-də yer alırkən, təbii qaza sahib olan ölkələr içərisində 1-cidir.

Dolayısı ilə, İran iqtisadiyyatı neftdən və qazdan bu qədər asılı ikən, neft ixrac edə bilməməsi iqtisadiyyatı üçün böyük bir çöküş olar. Digər tərəfdən isə İran yerləşdiyi regionda dünya neft transferinin 40%-nin həyata keçirildiyi Hörmüz boğazının nəzarətini də əlində saxlayır. Əgər İran dünyaya neft ixrac edə bilmədiyi üçün Hörmüz boğazını bağlasa, bu qlobal ticarətdə strateji önəm daşıyacaq.

Bu səbəbdən İranın Hörmüz boğazını bağlamaq təhdidi İran-ABŞ münasibətlərindı sanksiyalardan sonra yeni bir mərhələyə keçiiş olacaq.

Əlbəttə ki, digər bir məsələ də neftə böyük ölçüdə ehtiyac duyan Çin və Hindistanın bu tələbi necə qarşılayacağıdır. Siyasi baxımdan da tətbiq olunacaq bu sanksiyalar Çin və ABŞ arasında mövcud olan ticarət savaşlarını daha da dərinləşdirəcək.

İran, doğrudan da, Hörmüz boğazını bağlaya bilərmi?

İran üçün neft ixracının həyati önəm daşıdığı məlumdur. Onsuz da İranda tətbiq olunan sanksiyalara görə iqtisadi problemlər yüksək həddə çatıb. Bu səbəblə, İranın neft sata bilməməsinin və enerji balansından xaric edilməsinin onun üçün heç də yaxşı olmayacağı aşkardır.

Buna görə də, bu regionda əlindən gələn hər şeyi edəcəyi gözlənilir. Bunlardan ən önəmlisi də nəzarəti özündə olan və dünya neft tranzitini təmin edən Hörmüz boğazını bağlamaqdır.

Hörmüz boğazı niyə önəmlidir?

Hörmüz boğazı çox önəmlidir, çünki Hörmüz boğazının coğrafi mövqeyi ilə yanaşı, Orta Şərqdəki neft qaynaqlarına sahib olan önəmli ölkələrin bu qaynaqlarını Asiya, Avropa, Sakit Okean və Şimali Amerika enerji bazarlarına transfer edilməsini təmin edən strateji bir keçid də var. Həmçinin, Ərəbistan dənizi ilə Bəsrə körfəzini bir-birini bağlaması baxımından da bölgədə xüsusi bir önəmə sahibdir.

Digər tərəfdən, dəniz vasitəsilə beynəlxalq bazarlara transfer edilən neftin 40%-dən çoxu Hörmüz boğazından keçir. Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Küveyt və İraq kimi regionun neft istehsalçısı olan ölkələr neftin böyük bir qismini Hörmüz boğazından dünya enerji bazarlarına transfer edirlər.

Bəs Hörmüz boğazının bu qədər strateji mövqeyi var ikən, sanksiyalardan bezən İran Hörmüz boğazını bağlamaq təhdidini həyata keçirə bilərmi? İranın bu təhdidi konkretləşdirməsinə, bununla birbaşa əlaqəli olan ABŞ və regiondakı digər neft istehsalçıları necə reaksiya verər?

Deyəsən veriləcək ən ciddi suallar bunlardır. Digər tərəfdən, dünya neft istehsalçılarının məruz qaldığı bu problem dünya neft ticarəti üçün önəmli bir təhdid olduğu qədər, təklif probleminin neft qiymətlərinə necə təsir edəcəyi də qarşıdakı günlərdə sual doğuracaq.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar