Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İriçaplı məmur övladları niyə radikal təriqətlərə qoşulur?

Psixoloaq: “Haqlı olmaq ehtiyacı olan insanlar adətən dini radikalizmə meyllənirlər”

“Radikal dini təşkilatlara qoşulmağın zəngin məmur övladları ilə və yaxud da kasıb təbəqənin nümayəndələri ilə əlaqəsi yoxdur. Bu, mənəvi bir aclıqdır”

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı iriçaplı məmur övladlarının radikal dini cərəyanlara qoşulmalarını PİA.az-a şərh edərkən bildirib.

Uzun illərdir ölkə mediasında müzakirə mövzusu olan dini-siyasi mövzularından biri də vəhhabi problemidir. Bir vaxtlar ictimai-siyasi kluarlarda, mediada bu təriqətə mənsub bəzi qrupların sabiq milli təhlüksəzilik naziri Eldar Mahmudov tərəfindən himayə olunduqları barədə iddialar da yer almışdı.

Həmin iddialara görə, sabiq nazir vəhhabizmin beynəlxalq maliyyə dəstəkçilərindən olan Küveyt Fondunun Azərbaycan qoluna nəzarəti Milli MəclisAzərbaycan-Küveyt qrupunun rəhbəri, deputat, AG Bankın prezidenti Çingiz Əsədullayev vasitəsilə nəzarətdə saxlayırmış. Yeri gəlmişkən, mediada tirajlanmış iddialara görə, bu şəxs sabiq təhlükəsizlik şefinin xanımım sinif yoldaşı olub.

Lakin adı çəkilın şəxslər vəhhabizmlə əlaqəsi olan yeganə tanınmışlar deyil. Uzun müddət Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş, hazırda baz nazirin müavini postunu tutan Hacıbala Abutalıbovun oğlu İsrafil də bu təriqətin təsiri altına düşdü. Onun adını dəyişdirərək Əbubəkr qoyduğu barədə informasiyalara da yerli KİV-lərdə geninə-boluna məlumatlar dərc olunub.

Qeyd edək ki, İsrafil Abutalıbov Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsində çalışıb və bu vəzifədə olarkən, çox böyük qeyri-rəsmi biznes şəbəkəsinə malik olub, eyni zamanda külli miqdarda pullar xərcədiyi eyş-işrət məclislərinin təşkilatçısı kimi tanınıb.

Bu gün isə daha bir sabiq nazirin oğlunun sözügedən cərəyanın təsiri altına düşdüyü barədə xəbərlərə rast gəlmişik. Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun dini baxışları ilə bağlı informasiyalar yayılıb. "Yeni Müsavat”ın yayınladığı xəbərdə bildirilir ki, Yunis Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.

Xəbər dərc olunandan sonra Yunis Abbasovun atası, sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlunun radikal dini təriqətin üzvü olmasına münasibət bildirib.

“Mən dünən Bakıdan xaricə gəlmişəm. Dünənə kimi, paytaxtda olmuşam. Özüm və övladım barəsində yayılan “məlumatarı” əlbəttə ki, oxuyuram. Bu “məqalələri” gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakter daşıyır. Yazılanlar yalan informasiyadır…”, deyə sabiq nazir yayılan məlumatları təkzib edib.

Lakin sabiq nazirin bu təkzibi verərkən nə qədər səmimi olduğu bəlli deyil. Çünki İsmət Abbasov heç bir sübut gətirmədən ümumi sözlərlə yayılan məlumatları təkzib edib.

Xatıqladaq ki, iriçaplı məmur övladlarının radikal dini cərəyanlarla təmasa girməsi barədə ilk növbədə xüsusi xidmət orqanları xəbər tutmalı və proflaktiv, preventive tədbirlər görməlidir. Lakin bir vaxtlar bu xidmətin başında duran şəxsin də həmin cərəyanı himayə etdiyinə inansaq, deməyə başqa söz qalmır.

Bəs necə olur ki, məmur uşaqları bu cür radikal təriqətlərin təsiri altına düşür? Ümumiyyətlə zəngin məmur övladları niyə radikal dini təşkilatlara üzv olurlar? Bu ehtiyac nədən yaranır və onları bu yola çəkən hansı amillərdir?

PİA.az-ın əməkdaşı bu suallarla “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Fərqanə Mehmanqızı: “Bizdə belə bir fikir var ki, məsələn, filan şəxs yaxşı müəllimdirsə və yaxud da məmurdursa, deməli, o yaxşı ailə başçısıdır, yaxşı ata və ya anadır. Bu yanlış fikirdir”.

Psixoloq hesab edir ki, radikal dini təriqətlərə meyllənmə əsasən ədalətə olan aclıq hissindən doğur. Zənginlər daha az və hər zaman diqqət mərkəzində olduqları üçün gözə çarpırlar:

“Düşünürəm ki, radikal dini təşkilatlara qoşulmağın zəngin məmur övladları ilə və yaxud da kasıb təbəqənin nümayəndələri ilə əlaqəsi yoxdur. Bu, mənəvi bir aclıqdır. Sadəcə olaraq zənginlər gözə çarpırlar. Çünki onların sayı azdır və hər bir hərəkətləri tez gözə çarpır. Əslində radikal dini cərəyanlara daha çox kasıb uşaqları meyl edirlər və radikalların böyük əksəriyyətini kasıblar təşkil edirlər.

Dini radikal qurumlara qoşulmağın səbəbi, məncə, mənəvi aclıqdandır. Varlı və kasıb olmağın buna heç bir aidiyyatı yoxdur. Əgər bir insanın mənəvi aclığı varsa, sevgiyə və qayğıya möhtacdırsa, o, mütləq belə qurumlardan birinə qoşulacaq. Əgər belə qurumların iş sisteminə diqqət yetirsək, görərik ki, onların sistemi insanlara “sən haqlısan”, deyir. Bununla da onlar qarşı tərəfi ələ alırlar və idarə etməyə çalışırlar.

Haqlı olmaq ehtiyacı olan insanlar, adətən, dini radikalizmə meyllənirlər. Əgər biz övladlarımıza evdən sevgi və qayğı versək, onları dinləsək, onların nə istədiyini anlaya bilsək, o zaman uşaqlarımız başqalarının rəğbətinə ehtiyac duymaz.

Fərqanə Mehmanqızı: “Əgər sektalara qoşulan insanları danışdırsaq, onların mənəvi cəhətdən necə yaralı və ədalətə ac olduqlarını və dini sektalarda necə təmin olduqlarını görə bilərik”.

Bizdə belə bir fikir var ki, məsələn, filan şəxs yaxşı müəllimdirsə və yaxud da məmurdursa, deməli, o yaxşı ailə başçısıdır, yaxşı ata və ya anadır. Lakin bu, yanlış fikirdir. Kimsə yaxşı müəllimdirsə, həkimdirsə, bu, o demək deyil ki, o yaxşı atadır, yaxşı anadır və ya övladdır. Bu obrazların hamısını özündə birləşdirə bilmək böyük məharət tələb edir.

Uşaqlara ailədə diqqət göstərməkdikdə, doğrudan da, bu, uşaqlar üçün psixoloji təcavüzə gətirib çıxarır. Biz psixoloji təcavüz deyəndə, əsasən, düşünürük ki, bura şiddət və ya hər hansı bir məcburiyyət aiddir. Lakin, əslində, diqqətsizlik, etinasızlıq, uşağı dinləməmək də psixoloji şiddətin bir növüdür. Buna "susqun şiddət" də demək olar. Ona görə də, dini radikalizmə qoşulmaq meyli belə travmalı uşaqlarda, özünü mənəvi olaraq doyura bilməyən insanlarda daha çox özünü göstərir.

Dini sektaların işi də bu cür “yaralı insanları” özlərinə çəkməkdir. Əgər sektalara qoşulan insanları danışdırsaq, onların mənəvi cəhətdən necə yaralı və ədalətə ac olduqlarını və dini sektalarda necə təmin olduqlarını görə bilərik”.

Nərminə UMUDLU
pia.az


loading...