Çərşənbə, 13 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kürdlərin muxtariyyət xəyalları... - “Sülh Çeşməsi” kürdlərin muxtariyyət arzusunu puç etdi..

Kürdlərlə Dəməşq arasında hərbi ittifaq yaradılarkən siyasi məsələlərdə razılıq əldə ediməməsi muxtariyyət layihəsinin gələcəyini təhlükəyə atıb...

Fehim Taştekin
“Al-Monitor” qəzeti

Suriya Demokratik Qüvvələrinin (SDG) “Sülh Çeşməsi” Hərəkatına qarşı Dəməşqlə razılıq əldə etməsi kürdlərin muxtariyyət alması məsələsini sual altında qoyur.

Hökumət qüvvələri kürdlərə qarşı yaradılan muxtar quruluşlarla bağlı heç bir razılıq vermədən 7 il əvvəl çəkildiləri bölgəyə geri qayıdıblar. Bundan sonrakı prosesdə kürdlər xeyli zəifləmiş olacaqlar. ABŞ-ın üz çevirməsi ilə yanaşı, Suriya dövlətinin də nəzarəti ələ aldıqdan sonra siyasi məsələlərdə kürdləri tək qoyması gözlənilir.

Kürdlər Amerikanın hərbi hissələrini həm Dəməşqlə danışıqlar aparmaq üçün bir vasitə, həm də Türkiyəyə və Suriyaya qarşı güclü bir silah kimi görürdü. ABŞ prezidenti Donald Trampın əvvəlcə sahəni Türkiyəyə buraxması və daha sonra şimaldakı qüvvələri geri çəkib İordaniya sərhədindəki Tənəf bazasında az sayda əsgər buraxması nəticəsində “Amerika effekti” öz önəmini itirdi.

Amerika kürdlərin Dəməşqlə danışıqlar aparmasını da vaxt itkisi hesab edirdi. Amma kürdlər yenə də ABŞ-ı qarantiya kimi görürdülər. İndi isə bu mövqedən yavaş-yavaş imtina edirlər.

SDG komandiri Məzlum Abdi bildirib ki, Tramp telefonda danışarkən onların SuriyaRusiya ilə görüşməsinə qarşı çıxmadığını qeyd edib. Tramp da həmçinin: “Qoyun Suriya və Əsəd kürdləri qorusun”, mesajı verib. ABŞ-ın dəyişkən mövqeyinin sonrakı prosesdə kürdlərə necə təsir edəcəyi sual altındadır.

Yeni dönəmdə hökumət qüvvələrinin Mənbic, Təbka, Til Təmir və Kobani kimi bölgələrə daxil olması ilə birlikdə, birbaşa olaraq Suriya rəhbərliyi ilə üz-üzə qalan kürdlər üçün Rusiyanın Dəməşq üzərindəki təsiri daha da önəm qazanıb. Kürdlərin Rusiya olmadan, təkcə Dəməşq rəhbərliyin sözlərinə əsaslanaraq yol getməsi çox çətin görünür. Kürdlərlə dövlət arasındakı güvənin itməsinin səbəbi də odur ki, 2014-cü ildə kürdlər İŞİD-ə qarşı ABŞ-la ortaqlıq edib, daha sonra da SDG bayrağı altında Təbka, Rəqqa və Deyrizora qədər gedib çıxmışdılar.

Son aylarda kürdlərə qarşı güclənən sərt davranışlar isə Türkiyənin əməliyyata hazırlaşarkən SDG-yə “separatçı” deməsi ilə nəticələndi. Hətta Suriya Xarici İşlər nazirinin köməkçisi Faysal Mikdat türklərin müdaxiləsindən sonra kürdlərin danışıq aparmaq təklifinə münasibət bildirib: “Vaşinqtonun casusları Suriya torpaqlarında qala bilməyəcək”.

Razılaşmadan sonra vəziyyət də dəyişib. Əsədin müşaviri olan Buseyna Şaban kürdlərə yardım etməyə hazır olduqlarını bildirib.

Lakin bu ifadələr səmimi və ciddi görünmür. Üstəlik, yaxın keçmişdə verilən sözlərin tutulmaması barədə başqa nümunələr də var. Dəra, şərqi Hələb, şərqi Quta və Kuneytrada silahlı dəstələrlə razılıq əldə edildikdən sonra hər hansı bir sistem dəyişikliyinə ehtiyac olmadığı halda, razılaşmanın şərtləri yerinə yetirilməyib. Bu qrupların heç bir qazanc əldə etmədən silinməsi Fəratın şərqinə də mənfi təsir göstərə bilər.

Razılaşma ilə bağlı olaraq Şimali və Şərqi Suriya Muxtar Respublikasının rəsmi açıqlamasında bildirilir: “Türk dövləti tərəfindən işğal edilən sahələrin azad edilməsi və hücumlara qarşı SDG-yə dəstək verməsi üçün Suriya ordusunun Suriya-Türkiyə sərhəd xətti boyunca irəliləməsinə icazə verilib. Bu razılaşma Əfrin başda olmaqla, Türkiyə və ona bağlı şəbəkə qrupları tərəfindən işğal edilən bütün Suriya torpaqlarının azad edilməsinə imkan verəcək”.

Bölgədəki bəzi kürd və ərəb qaynaqlar önə sürür ki, razılaşmada sərhədlərin qorunması ilə yanaşı, yeni konstitusiyada kürdlərin muxtariyyəti tanınacağı və SDG-nin Suriya ordusuna “5-ci korpus” kimi birləşdiriləcəyi və Deyrizordakı neft təsisatlarının hökumətə buraxılacağı qərarlaşdırılıb.

“Al-Monitor”a açıqlama verən kürd qaynaqları bildirir ki, SDG və yerli məclislərin gələcəyi ilə bağlı müzakirələr sonraya saxlanılıb. Ona görə də, bir razılıq əldə edilənə qədər muxtar quruluşlar normal şəkildə işləməyə davam edəcək. Məhdud muxtariyyət və ya federativ model təklifi qəbul edilsə, SDG 5-ci Korpusu kimi orduya əlavə edilə bilər. Neft təsisatlarının ilə bağlı da bir qərar qəbul edilməyib. Əfrinə və İdlibə ediləcək ortaq əməliyyat isə hələ müzakirə edilir. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi. Şərtlərdən birində qeyd edilirdi ki, kürdlər hərbi ortaqlığın Fəratın qərbinə daşınması üçün muxtariyyət barədə qarantiyalar verməlidir.

Dəməşq rəhbərliyi kritik məsələlərlə bağlı danışmasa da, Məzlum Əbdi bir az ümidli çıxıb edib: “Bu razılaşma siyahi bir həll üsulu kimi xalqımızın hüquqlarının qarantiyaya alınması yolunda atılmış bir addımdır”. Əbdi əlavə edib ki, bu, hazırda rejimlə aparılan danışıqlar hərbi müzakirədir. Siyasi müzakirəyə də növbə gələcək”.

PYD-nin Xarici Münasibətlər üzrə naziri Saleh Müslüm də Al-Monitora şərh verib: “Razılaşma Rusiyanın istəyi ilə həyata keçirilib. Biz də sərhədləri qorumaq üçün əvvəldən bunu istəyirik. Rəhbərliyə və məclislərə müdaxilə etməyəcəklər. Razılaşma təkcə sərhədləri qorumaq üçündür. Konstitusiya ilə bağlı müzakirələr sonrakı proseslərdə baş tutacaq”.

Saleh Müslümə görə, Suriya ordusu Türkiyənin irəliləməsinə mane olarkən, hazırda türk ordusunun girdiyi Təl-Əbyadın şərqi ilə Rəsuleynin mərkəzindən və qərbindən uzaqda olacaq. Yəni Suriya ordusu türk əsgərləri ilə toqquşmaya girməyəcək. Əgər Türkiyə nəzarəti genişləndirməyə çalışsa, ruslar araya girəcək. Lakin Saleh Müslim xəbərdarlıq edir: “Türkiyənin Suriya torpaqlarını işğal etməsi qorxusu bu razılaşmanın ortaya çıxmasına səbəb olub. Bunun olacağı gözlənilmirdi. Suriya ordusu təkbaşına buna qarşı qoya bilməz. Razılaşma ilə kürdləri yanına alaraq yeni bir prosesə hazırlaşırlar”.

“Al-Monitor”a Şimali və Şərqi Suriya Demokratik Muxtar Respublikasının idarə heyəti sədri Fevza Yusif də açıqlama verib: “Dövlət öz sərhədlərini qoruyur. Öncəliyimiz Suriyanın bütövlüyünəqarşı hücumların qarşısını almaqdır. Bunu hüquqlarımızı qarantiyaya almaq üçün edirik. 8 ildə əldə etdiyimiz nəticələrdən birdən-birə imtina edə bilmərik”.

“Öz problemlərimizi özümüz həll edək. Xarici qüvvələr öz maraqlarını əsas götürür və suriyalılar qurban edilir. Buna bir daha yol vermək olmaz. Bu addım Suriyanın yenidən yaradılması yolunda bir addımdır. Məqsədimiz Suriya xalqları ilə birlikdə demokratik bir sistem yaratmaqdır. Milli dövlətlə problemləri həll edə bilmərik. Demokratik üsullarla mübarizə aparmaq lazımdır”.

Görünür ki, bu razılaşma türk qüvvələrinə qarşı birlik yaratmaq üçün nəzərdə tutulub. Daha əvvəl rusların vasitəçiliyi ilə baş tutan 3 görüşdə hökümət tərəfi kürdlərin ortaya atdığı məsləhətləri müzakirə etmək istəməmişdi. Lakin bu dəfə iki tərəfi bir-birinə yaxınlaşdıran faktorlar var.

Bu məsələdə Rusiyanın rolu çox önəmlidir. Lakin Rusiyanın da Ankara ilə Dəməşqi barışdırmaq hədəfi davam edərkən, bir tərəfdən də Türkiyənin etirazlarını aşıb kürdləri konstitusional həll prosesinə aparıb aparmayacağı da sual altındadır. Dəməşqi kürdlərlə görüşdürdüyü üçün ruslarla arası soyuq olan Ankara Moskva ilə açıq saxladığı kanallardan öz lehinə istifadə etməyə çalışır. Guya Türkiyə kürd oyunçuların konstitusiya yazılması komitəsinə alınmasına mane olmuşdu. Türkiyə höküməti də bu halda kürdlərə status veriləcəyi təqdirdə Suriyadakı hərbi bazalarını geri çəkə bilər.

Həmçinin, Ankara-Dəməşq arasındakı körpülər də yenidən qurulsa, Suriya rəhbərliyi kürdlərə yardım etməyə bilər. Yaxud da əksi də bilər: Dəməşq-Ankara münasibətləri yenidən inşa edilməsə, Dəməşq rəbərliyi Türkiyənin müxalif qüvvələr tərəfindən Suriyadakı dağıdıcı əməliyyatlar keçirməsinə qarşı, kürdlərə muxtariyyat verib intiqam ala bilər.
Lakin Suriya ordusu Rəqqa və Dəyrizor kimi ərəb bölgələrinə girdikdən sonra Şimal-şərqi Suriya Demokratik Federasiyasının gələcəyi müəmmalı şəkildə qaldı. Kürdlərin ərəblərlə yaratdığı ortaqlıq bir nəticə verməyə bilər və bu zaman sövdələşmələr Fəratın şərqi ilə deyil, kürdlərin çox olduğu bölgələrdə məhdudlaşa bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar