Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis üzvünün Moskvada böyük biznesi var - Fotolar

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Xanlar Fətiyevin Belarusda, Avropanın müxtəlif ölkələrində və digər məmləkətlərdə fəaliyyət göstərən çoxsaylı şirkətləri barədə ölkə KİV-lərində geniş məlumat yayılmışdı

Bildirilirdi ki, deputatın "Aznur” MMC-si böyük kapitala malikdir və onun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

Reyting.az-ın məlumatına görə, jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti növbəti araşdırmasını FB səhifəsində paylaşıb.

C. Həsənli iddia edir ki, oliqarx deputatın ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskva şəhərindədir.

Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekti, 41/57 göstərilir. Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Adil oğlu Qulamova, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

Qeyd edilir ki, 2017-ci il maliyyə sənədlərinə görə, şirkət yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.

C. Həsənli yazır ki, Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Lakin Həsənli bunun dəqiqləşdirilməmiş məlumat ola biləcəyini də diqqətə çatdırıb. "Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar