Bazar, 26 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Müflis olan sahibkarlar Prezident Adminstrasiyasına şikayət ediblər – Zakir Fərəcovdan...

Sumqayıtın Dənizkənarı Bulvarının tikintisini həyata keçirən 11 sahibkar 3 ilddən çoxdur ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovdan pullarını ala bilmirlər...

Sumqayıtın Dənizkənarı Bulvarının tikintisini həyata keçirən bir qrup sahibkar 3 ildir ki, gördükləri işin puunu və çəkdikləri xərcləri Sumqayıt şəhər İcra Hakimiyyətindən ala bilmirlər. Bununla bağlı PİA.az-a müraciət edən sahibkarlar dünən Prezident Adminstrasiyasına şikayət ediblər.

Sahibkarların bildirdiyinə görə onlar 4 il əvvəl Sumqayıtın Dənizkənarı Bulvarının tikintisini həyata keçiriblər və bu tikintinin xərclərini özlərini çəkiblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Adil Xudadatov sahibkarlara bildirib ki, onlar bulvarın tikintisinə sərf etdikləri pulları bulvar təhvil verildikdən sonra alacaqlar. Tikinti 2016-cı ilin sentyabr ayında təhvil verilib və sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Dənizkənarı Bulvarın açılışı olub. Aradan keçən 3 ildən artıq müddətdə sahibkarlar Sumqayıt şəhər İcra Hakimiyyətindən pullarını ala bilmirlər.

Sahibkarların bildirdiyinə görə onlar bu müddətdə müxtəlif instansiyalara müraciət ediblər. Lakin Sumqayıtın icra başçısı sahibkalrın bulvarın tikintisinə sərf etdikləri 11 milyon manatdan artıq vəsaiti onlara qaytarnmaqdan imtina edib. Müxtəlif instansiyalara edilən şikayətlərdən və tikintidə çalışan fəhlələrin etirazlarından sonra fəhlələrin pulları ödənilsə də, sahibkarlara hələ də ödəniş olunmayıb.

Bununla bağlı dünən bir qrup şikayətçi Prezident Adminstrasiyasına şikayətə gediblər. Sahibkarlar PİA.az-a bildirib ki, məsələ ilə bağlı PA-da onlara problemin yaxın vaxtlarda həll olunacağını deyiblər:

“Bizim şikayətimizi Prezident Adminstrasiyasında dinlədilər və dedilər ki, Zakir Fərəcov hazırda ölkə xaricindədir və icra başçısı qayıtdıqdan sonra yaxın zamanlarda problemi həll edilməsi üçün müvafiq işlər görüləcək”.

Sahibkarlar Sumqayıt şəhər İcra Hakimiyyətindən pullarını ala bilmədikləri səbəbi ilə 4 ilə yaxındır ki, müflis vəziyyətə düşdüklərini və normal biznes fəaliyyəti göstərə bilmədiklərini deyirlər.

pia.az


loading...