Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarasu OYL”-da “qara günlər” bitmək bilmir


Fəhlələrdən şirkət rəhbərliyinə şok ittihamlar


“Qarasu OYL” neft şirkətinin fəhlələri növbəti dəfə   etiraz aksiyası keçiriblər. Redaksiyamıza daxil olan məlumata görə, fəhlələrin etiraz aksiyası keçirməsinə səbəb şirkətin vitse-prezidenti İslam Ovçiyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub.

İ.Ovçiyev bu qərarı neftin dünyada qiymətinin düşməsi ilə əlaqələndirməyə çalışıb. 
Lakin məlum olub ki, İ.Ovçiyev də daxil olmaqla, şirkətin rəhbərliyində olanlardan kimsənin əmək haqqında dəyişiklik olmayıb. 

Fəhlələrin “neftin qiyməti qalxanda bizim əmək haqqlarını qaldırmışdınız ki, enəndə ”lqot"larımızı kəsirsiz" sualına  İ.Ovçiyev cavab verə bilməyib.

Fəhlələrin sözlərinə görə, İslam Ovçiyev özü 18 min manat, fəhlələr 400-500 manat əmək haqqı alırlar. “Ağır şəraitdə işləyən biz, komfortlu kabinetdə oturan İslam Ovçiyev kimilər şah kimi yaşayırlar. ”Qarasu OYL"da ədalətsizliyin başında vitse-prezident İslam Ovçuyev dayanır". 

Fəhlələr deyir ki, İ.Ovçiyev onları işdən çıxarıb həbs etdirəcəyi ilə hədələyir. Neftçilər deyirlər ki, İslam Ovçiyev “Qarasu OYL”dan uzaqlaşdırılmayana  qədər şirkətdə normal, ədalətli mühüt formalaşmayacaq. Fəhlələr tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasını davam edəcəklərini də açıqlayıblar.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar