Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək


Bakıdakı “Heydər” məscidi Azərbaycandakı digər məscidlərdən fərqli olaraq, dini icmasız fəaliyyət göstərəcək


Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: 

“Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsi əsas götürülərək idarə olunacaq”.
 
Qeyd edək ki, “Heydər” məscidi Qafqazın ən böyük məscidi hesab olunur. Ötən həftə uzun fasilədən sonra QMİ sədri Allahşükür Paşazadə tərəfindən ora imam (Hafiz Abbasov) və axund (Rüfət Qarayev) təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar