Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İslamşünaslıq”la bağlı abituriyentlərə xəbərdarlıq

Azərbaycan İlahiyyat İnstitutunda “İslamşünaslıq” ixtisasına qəbulla bağlı müsahibənin ikinci mərhələsinə yekun vurulub

Bu haqda Modern.az-a İnstitutdan bildirilib.

Müsahibədən keçmiş abturiyentlərin 20 avqust 2018 – ci il tarixdə günün sonuna qədər ixtisas seçimində iştirak etməlidirlər.

Məlumat üçün bildirək ki, həmin gün ixtisas seçiminin sonuncu günüdür.

Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq.

Boş qalan yerlərə qəbul olan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək.

Bütün abturiyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər.

Abturiyentlər qeydiyyatı zamanı aşağıdakı sənədləri təqdim etməlidir.

Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018 –ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM – in saytından çap edilir) (3 nüsxə);

Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə);

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə;

Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);

Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;

Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu Yasamal rayonu Əhməd Cəmil küç. 41A – da (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında) aparılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar