Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təzə doğulan körpəni vurub öldürmək olar?”

Həkimdən ananın şok ittihamlarına cavab

Xəbər verdiyimiz kimi Azərbaycanda daha bir körpə ölümü baş verib. 26 yaşlı Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb. Bu barədə Gənc qadın BAKU.WS-ə açıqlamasında bildirib. O, vurğulayıb ki, körpəsini Səbinə Baharzalova dirsəyilə qarnına vurduğu zərbələrlə öldürüb: “Uşağın bədənində göyərtilər vardı. Bu da həkimin dirsəyilə vurduğu zərbələrin yeri idi”.

Bununla bağlı biq.az-a açıqlama verən həkim-ginekoloq Səbinə Baharzalova bildirib ki,uşaq ana bəthində ölüb: “Hər kəs burda idi. Uşaq doğularkən ürək döyüntüsüz doğulub. Nəfəs almırdı. Hansı 45 dəqiqədən söhbət gedir. Belə bir şey olmayıb. Mən o qadını doğuşda görmüşəm. Qadın məsləhətxanasında qeydiyyatda olub”.

Səbinə Baharzalova vurğulayıb ki, övladını itirən ananın açıqlamalarını anlayışla qarşılayır: “Biz özlərinə də başa salmışıq. Hamiləlik dövründə hərarəti yüksəlib, qrip keçirib. Ən önəmlisi isə böyrəkləri xəstə olub. Biz bunları sonradan bilmişik. Daxili orqanlarında hansı xəstəlik olduğunu deyə bilmərəm amma uşaqda gözlə görünən heç bir problem yox idi. Təzə doğulan uşağı vurub öldürmək olar? Belə bir hal ola bilməz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar