Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylarda mövcud vəziyyət açıqlanıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 180, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 266 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 16 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2017-ci il avqustun 20-də 352 sm), Şirvanda 185 sm (2017-ci il avqustun 20-də 207 sm), Salyanda 107 sm (2017-ci il avqustun 20-də 138 sm), Bankədə 194 sm (2017-ci il avqustun 20-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2017-ci il avqustun 20-də 58 sm) təşkil edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar