Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı iş adamları Çin malları ilə bağlı Trampa müraciət etdilər

Amerika Prezidenti Tramp keçən həftə bildirib ki, ABŞ Çindən idxal edilən malların 40 faizindən çoxu üçün əlavə rüsumlar tətbiq edəcək

Alyaska sahillərində balıq ovlayanlardan başlamış, Tennessidə tikinti materialları distribüterlərinə qədər yüzlərlə Amerika müəssisəsi və işgüzar adamlar Trampa müraciət edərək onu Çin malları üçün yeni tariflər tətbiq etməməyə çağırıblar.

Tramp administrasiyasının avqustun 20-dən başlayaraq 6 gün ərzində Vaşinqtonda keçiriləcək dinləmələrdə dünyanın bu iki ən iri iqtisadiyyatı arasında kəskinləşməkdə olan ticarət müharibəsi müzakirə olunacaq. Tramp ümumi dəyəri 200 milyard olan Çin malları üçün rüsum tariflərini artıraraq 10 faizdən 25 faizə çatdırmağı təklif edir. Yeni tariflər artıq gələn ayın əvvəlindən tətbiq oluna bilər. Bu tariflər qüvvəyə minərsə, Amerika şirkətləri tərəfindən Çin komponentlərindən istifadə edilməklə istehsal olunan malların qiyməti sürətlə artacaq. Bu halda həmin şirkətlər əlavə xərcləri malın son qiymətinə daxil etmək, yoxsa bu xərcləri öz hesablarına ödəmək arasında seçim etməli olacaqlar.

İyul ayında Tramp 34 milyard dollar dəyərində Çin mallarına 25 faiz rüsum tətbiq edib. Bu həftə daha 16 milyard dollar dəyərində Çin malları üçün vergilər tətbiq ediləcək. Çin də buna cavab olaraq Amerika malları üçün tarifləri artırır.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar