Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYB sədrindən prezidentə şikayət olundu

Prezident təqaüdçüsü, Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif olunmuş şair-dramaturq Ramiq Muxtar Azərbaycan Respublikasının Prezidentinə açıq məktub yazıb

Ramiq Muxtarın cənab İlham Əliyevə müraciətinə səbəb üzləşdiyi problemdir.

1980-cı ildən Yazıçılar Birliyinin üzvü olan R. Muxtar yazır ki,2002-ci ildən Yazıçılar Birliyinin sədri Anar Rzayev və Səbail rayon icra hakimiyyətnin başçısı Sahib Ələkbərovun birlikdə təsdiq etdikləri mənzil növbəsində dayansa da, yazıçı və şairlərə ayrılmış 9 ikiotaqlı 105 kv.m mənzili növbədə olanlara yox, növbədə olmayan Gülşən Bağırovaya, Hamlet və Yalçın Qocayevlərə, Arifə Əliyevaya, Nüşabə Məmədovaya və başqalarına verməklə böyük cinayətə imza atıblar: “Bu işləri yazıçı olmayan, lakin AYB-nin mənzil komissiyasına sədrlik edən Rauf Aslanov adlı bir işbaz edib.

Səbail Rayon Prokurorluğunun müstəntiqi Əhməd Məmmədov isə bizim şikayətimiz əsasında yoxlama aparmadan yazıb ki, heç bir qanun pozuntusu yoxdur. Halbuki müstəntiq Səbail Rayon İcra Hakimiyyətinə sorğu verib növbədə dayananların siyahısını tələb etməli idi.

Cənab Prezident!

Bu haqsızlığa görə, Yazıçılar Birliyinə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırmışam. Mənim vəkilim Ramiz Hacılı «Abidə» tikinti təşkilatına rəhbərlik edən Arif Mədətova sorğu göndərib ki, yazıçılar üçün ayrılmış 9 ikiotaqlı mənzil kimlərə verilib və onlar kimə satılıb.

Cavabında Arif Mədətov deyir ki, mən möhürümü bu binanın sahibinə vermişəm, get, cavabı ondan al. Lakin həmin adamın kim olduğunu qorxusundan demir. Orda işləyən digər işçilər isə deiyirlər ki, bu binanın sahibi Prezident Administrasiyasında məsul vəzifədə işləyir.

Möhtərəm Prezident!

Mən, 6 nəfər ailə üzvümlə birlikdə 29 kv.m ikiotaqlı mənzildə yaşayıram. Mən həm də iki övladı zabit kimi müharibə veteranı olan atayam. Sizdən xahiş edirəm, bunu və digər xidmətlərimi nəzərə alıb Prezident Administrasiyasında çalışan həmin şəxsə deyəsiniz ki, şair-dramaturq Ramiq Muxtarın 76 yaşına hörmət edib, onun qanuni mənzilini özünə verin”. (reyting.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar