Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda yeni qalmaqal: İcra baçısı öz köməkçisini niyə razı sala bilmir?

Beyləqanda icra başçısı ilə köməkçisi arasında vəzifə qovğası gedir

Beyləqan rayonundan MilliYol-a daxil olan məlumatda bildirilir ki, icra başçısı Vaqif Abdullayevlə köməkçisi vəiş adamı Vüqar Aslanov arasında yeni qalmaqal yaşanır. Qalmaqalın səbəbi sə Vaqif Abdullayevin Vüqar Aslanova verdiyi sözü tutmamasıdır. Belə ki, iş adamı olmaqla yanaşı rayonda aparıcı vəzifələrdən birinə sahib olmağı qarşısına məqsəd qoyan Vüqar Aslanov hal-hazırda başçının kabinetinin qapısında oturub gəlib gedənləri qarşılayıb yola salmağı özü üçün alçaldığı hesab edir. O icra başçısından ya pulunu, ya da söz verilən vəzifəni tələb edir.

Qeyd edək ki, bir neçə ay öncə “Veteks” MMC şirkətinin sahibi Vüqar Aslanovla Vaqif Abdullayev arasında 120 min manatlıq pul qalmaqalı barəsində ölkə mətbuatında məlumatlar yer almışdı. Həmin məlumatlarda vurğulanırdı ki, iş adamı, “Veteks” MMC şirkətinin sahibi Vüqar Aslanov Beyləqan Suvarma Sistemləri idarəsinin müdiri vəzifəsinə təyin edilmək üçün icra başçısı Vaqif Abdullayevə 120 min manat verib, lakin Meliorasiya və Su Təsərrüfatı rəhbərliyi tərəfindən təsdiq bu vəzifəyə edilməyib. Suvarma Sistemləri İdarəsinə müdir təyinatı gerçəkləşəməyən Vüqar Aslanov icra başçısından pulunu tələb etməyə başlayanda isə Vaqif Abdullayev iş adamını sakitləşdirmək üçün onu müvəqqəti olaraq özünə köməkçi təyin edərək yaxın günlərdə daha ciddi vəzifəyə təyin edəcəyi barədə söz verib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Rayon icra hakimiyyətindəki mənbənin MilliYol-a verdiyi məlumata görə Vaqif Abdullayevin Vüqar Aslanova verdiyi sözü tutmaması və iş adamının istədiyi bir “yağlı” vəzifəyə təyinat almaması köməkçisinin narazılığına səbəb olmağa başlayıb. Çünki 100 min manat pul az vəsait deyil və bunun müqabilində Vüsal Aslaov Vaqif Abdullayevin qapısında oturması da artıq Beyləqanda lətifəyə çevrilib. Məsələ həm də ondadır ki, Vüqar Aslanov Vaqif Abdullayevdən fərqli olaraq o qədər pulu işləyərək, əziyyət çəkərək qazanıb və hazırkı durumu doğurdan gülünc görünür. İcra başçısı isə bunun təfərrüatında olmadığı üçün 100 min manatı köməkçi vəzifəsi üçün kafi hesab edir...

İcra Hakimiyyətindəki mənbənin saytımıza verdiyi məlumata görə Vüqar Aslanovun bu dəfə Kənd Təsərrüfatı İdarəsinin rəisi olmaq arzusu ürəyində qalıb. Çünki bəzi məlumatlara görə aparılan islahatlar çərçivəsində ilin axırına kimi rayonlarda Kənd Təsərrüfatı İdarələri ləvğ olunacaq və yeni bir qurum yaradılacaq. Elə buna görə də Vaqif Abdullayev iş adamını özünə rəsmi olaraq köməkçi vəzifəsində təyin edib və bu isə Vüqar Aslanov üçün heç də qanedici olmayıb. Ona görə də Vqar Aslanov başçıdan pulunu geri alaraq köməkçi vəzifəsindən getməyi düşünür. Beyləqanda ş adamının hər gün icra başçısından ona verdiyi pulunu tələb etməsi barədə söz söhbətlər gəzir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar