Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin məşhur şirkətinə dələduzluq ittihamı - “Mərcansoy” şirkəti bir evi bir neçə şəxsə satır?

Türk şirkəti eyni mənzili bir neçə şəxsə satmaqla vətəndaşlarımızı aldadır

Bu barədə AzFakt. com saytına ünvanlanan şikayət məktunda bildirilir ki, yaxın günlərdə “Mərcansoy” şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin əksəriyətinin saxta ev biznesi ilə məşğul olması barədə ölkə mətbuatında mütəmadi olaraq məlumatlar yer alır. Son illər Dövlət qurumları tərəfindən fırıldaqçı tikinti şirkətlərinə qarşı aparılan mübarizə nəticəsində saxta ev alveri edərək vətəndaşları aldadan şirkətlər və onların sahibləri cəzalandırılıb.

Ancaq sərt cəzaların verilməsinə baxmayaraq yenədə bir çox şirkətlərdə hələdə saxta mənzil satışı ilə məşğul olaraq vətəndaşlarımızın aldadılması prosesi davam etdirilir.

Belə şirkətlərdən biridə Türkiyədən ölkəmizə gələrək burada bina tikinti biznesi ilə məşğul olan “Mərcansoy” şirkətidir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

AzFakt.com a daxil olan məlumata görə “Mərcansoy” şirkəti Bakının Xətai rayonu ərazisində STS şirkətinin tikdiyi binalardakı mənzil paylarında saxtakarlığa yol verərək vətəndaşlarımızı aldadırlar. Məlumatda bildirilir ki, “Mərcansoy” şirkəti saxta mənzil əməliyyatını iş adamı bu yaxınlarda həbs edilən lakin sonradan azadlığa çıxan Sahib İbrahimovla birlikdə həyata keçirir.

STS şirkətinin binasından mənzil alan şəxsin bildirildiyinə görə “Mərcansoy” şirkətinin saxta mənzil alverinə şirkət rəhbərlərindən olan Əli Mövlanə Mərcansoyun yaxın adamlarından biri olan Türkiyə vətəndaşı rəhbərlik edir. Məhz bu şəxs bəzi maklerlərlə əlbir olaraq mənzillərə alıcı tapır pulunun bir hissəsini aldıqdan sonra eyni mənzili başqa bir vətəndaşa satır. Aldadıldığını görən vətəndaş pulunu geri almaq istəyərkən ona yenidən başqa bir mənzil təklif edilərək vaxt uzadılır.

Məlumata görə yaxın günlərdə bu cür problemlə üzləşən vətəndaşlarımız “Mərcansoy” şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər.

Qeyd edək ki “Mərcansoy” şirkəti Türkiyədə əsasən qida, sənaye və tikinti sahəsində fəaliyyət göstərir.

Bu şirkətin sahibi olan Mərcansoy ailəsinin adı bir vaxtlar FETO şəbəkəsi ilə hallanıb.

Azərbaycan və Türkiyə mediasında yerləşdirilən məlumatlarda qeyd edilir ki, “Mərcansoy” şirkətinin qurucusu Həsən Mərcan 90-ci illərdən FETÖ ilə ciddi bağlantısı olan bir şəxs olub.##relatedPostMilli##

Hələ Nəcməddin Ərbakanın “Rifah” partiyasına maddi və siyasi dəstək verən Həsən Mərcanlaqardaşı Mövlanə Əli Mərcansoy o zamanlar hər yerdə Fətullah Güləni təbliğ ediblər. Ancaq Həsən Mərcansoy siyasi işləri buraxaraq ticarət və biznes sahələrinə girişdiyi üçün FETO ilə bağlantılar Mövlanə Əli Mərcansoy həyata keçirtməyə başlayıb. Siyasətə baş vuran Mövlanə Əli Mərcansoy bir müddət sonra hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandasında yer almışdı. Həmin vaxt Ərdoğan İstanbul Bələdiyyə sədri , Mövlanə Əli Mərcansoyda bələdiyyə məclisinin üzvülərindən biri seçilmişdi.

Türk mediasının iddiasına görə Mövlanə Əli Mərcansoyun məhz FETO-nun göstərişi ilə Ərdoğan komandasına yer aldığı və bələdiyə məclis üzvülüyünədə FETÖ-nun bir başa dəstəyi ilə düşdüyü bildirilir. Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən sonra isə Mövlanə Əli Mərcansoy da FETÖ-nun tapşırığı ilə siyasətdən çəkilərək yenidən iş dünyasına qayıtdı.

AKP hakimiyyəti dönəmində FETO-nun maddi və siyasi dəstəyi ilə güclənən, inkşaf edən “Mərcansoy” Şirkətlər Qrupu artıq xarici ölkələrədə sərmaye qoymağa başladı. Azərbaycanada FETÖ-nun tapşırığı və “xeyir duası” ilə yerləşən “Mərcansoy” Şirkətlər Qrupunun İdra heyyətinin üzvü Mövlanə Əli Mərcansoyun burada işləri istədiyi kimi getmədi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mənbə: AzFakt.com

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar