Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan DYP rəisinin kabinetində insident yaşanıb

Ötən gün Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyevin kabinetində insident yaşanıb

Şəhərin “Rövşən” şadlıq evinin sahibi İbrahim DYP rəisinin otağına hücum çəkərək, onunla mübahisə edib. Tərəflərin mübahisəsi böyüyüb və restoran sahibi DYP rəisini yumruqlayıb.

Şirvandan saytımıza məlumat verən hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri bildirib ki, buna səbəb ötən gün A.Mirzəyevin İbrahimə avtomobilini qadağan olunmuş yerdə saxladığını irad tutması olub. Bu söz onun xoşuna gəlməyib və DYP rəisi ilə küçədə mübahisə edib. Amma əsəbləri soyumayan iş adamı axşam saatlarında DYP rəisinin kabinetinə hücum edib və onu vurub.

İddialara görə, İbrahim həmin an hirsli və içkili olub. Hadisədən sonra onun saxlandıldığı bildirilir. Deyilir ki, restoran sahibi ilə DYP rəisinin əvvəldən dostluq əlaqələri olub.

Lakin bu münasibətlər Ukraynanın Truskavets şəhərində düşmənçiliyə çevrilib. Onların arasında şəxsi zəmində mübahisə olub və Şirvana qədər bu konflikt davam edib.

Xəbər saytımıza hazırlanarkən öyrəndik ki, artıq hadisə ilə bağlı Cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə ilə bağlı Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyev və “Rövşən” şadlıq evinin sahibi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib, dərc etməyə hazırıq. (Azeuronews.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar