Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zibildən pul çıxaranlar - Bakının zibilinin oliqarxa çevirdiyi İlqar Hüseynov kimdir?

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra meriyada bir sıra kadr dəyişikləri edilməyə başlanıldı

Həmçinin, icra hakimiyyətinə tabe müəsissə və təşkilatlarda aparılan yoxlamalarda isə ortaya çoxsaylı korrupsiya faktlarının çıxması barədə məlumatlar yayıldı.

Meriyada korrupsiya yuvasına çevrilən qurumlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan tabe olan “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Direktoru İlqar Hüseynov olan bu müəsissə 2012-ci ildə Şəhər İcra Hakimiyyətinin 357 saylı sərəncamı ilə yaradılıb.

“Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin inzibati ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini həyata keçirir.

Bundan başqa müəsissəyə bərk məişət tullantılarının daşınması, şəhərin sanitar təmizliyinin tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi, tullantıların müxtəlif özəl müəssisələr və fiziki şəxslər tərəfindən pərakəndə, texniki normativlərə cavab verməyən formada daşınaraq, şəhərin qadağan olunan yerlərinə atılmasının və qeyri-qanuni zibil poliqonlarının yaradılmasının qarşısının alınması həvalə edilib. Hal- hazırda “Kommunal Xidmətlər Müəssisəsi” paytaxtın Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai və Suraxanı rayonları ərazisində yerləşən büdcə təşkilatlarından bərk məişət tullantılarının daşınmasını həyata keçirir. İşlərin dəyəri “Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 05 nömrəli qərarına əsasən 1 m3 məişət tullantısının daşınma tarifi ƏDV ilə 10 (on) manat müəyyən edilmişdir.

AzToday.az-a verilən məlumatda bildirilir ki, Kommunal Xidmətlər Müəssisəsi”nin direktoru İlqar Hüseynov və havadarları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən kommersiya müəssisələrinin MMC-yə ödənilən vəsaitlərdən bir neçə yüz min manatı mənimsənilir. Mənimsənilən vəsait əsasən daşınma fəaliyyəti ilə məşğul olan avtomaşınların təmiri və ehtiyyat hissələrin alınması, həmçinin dövlət müəsissələrinin ərazisindən daşınan tullantıların daşınma sayını bir neçə dəfə şişirdilməsindən ibarətdir.

Bundan başqa Kommunal Xidmətlər Müəssisəsi”nin Təmiz Şəhər” ASC ilə də maliyyə maxinasiyaları həyata keçirtdiyi deyilir. Belə ki, rəsmi məlumatlara görə Kommunal Xidmətlər Müəssisəsi” hər gün 1300-1700 ton tullantını yığaraq “Təmiz-Şəhər” ASC-yə təhvil verir. Həmin tullantının zərərsizləşdirilməsi üçün MMC hər kubmetrə görə ASC-yə 1,2 manat haqq ödəyir. Ancaq AzToday.az-a verilən məlumata görə “Kommunal Xidmətlər Müəssisəsi”nin direktoru İlqar Hüseynovla havadarları “Təmiz-Şəhər”ASC rəhbərliyi ilə əlbir olaraq təhvil verilən tullantının miqdarını yüksəldərək büdcədən hər ay külli miqdarda vəsait silinməsinə şərait yaradırlar.

Sadaladığımız bu məlumatlar əslində “Kommunal Xidmətlər Müəssisəsi”ndə həyata keçirilən korrupsiya faktlarının az bir hissəsdir. Bakı şəhər icra başçısı Eldar Əzizov İlqar Hüseynovun rəhbərlik etdiyi qurumu yoxlatdırarsa o zaman ortaya çox ciddi faktların çıxacağına zərrə qədər də şübhəmiz yoxdur.
Çünki “Kommunal Xidmətlər Müəssisəsi” nin direktoru İlqar Hüseynov quruma rəhbərlik edəndən sonra Bakı şəhərində bir neçə dəbdəbəli mənzilə və dəyəri milyon manatlarla ölçülən obyekt əldə etdiyi deyilir…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar