Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtisadi problemlər dərinləşdikcə Ermənistanda növbəti qarşıdurma yaranacaq” - Politoloq

“Nikol Paşinyan 8 ay ərzində istədiyini əldə etdi. Birincisi, o 20 illik “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırdı. İkincisi, Paşinyan keçən ilin dekabr ayında parlament seçkisində qələbə çalaraq hökuməti formalaşdırmaq imkanı qazandı. Üstəgəl, parlamentə elə bir mütləq çoxluğa malikdir ki, konstitusiyada da dəyişiklik edə bilər. Buna baxmayaraq, Paşinyan elə ilk gündən ciddi problemlə üz-üzə qalıb”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a Ermənistandakı yeni situasiyadan bəhs edən açıqlamasında bildirdi. Siyasi təhlilçinin sözlərinə görə, Paşinyana iqtisadi islahatlara başlamaq və illərdən bəri yığılıb qalan sosial problemlərin həlli üçün resurslar lazımdır: “Böyük dövlətlər və beynəlxalq təşkilatlar Ermənistana kredit vermək istəmirlər. Çünki bilirlər ki, iqtisadiyyatı ağır vəziyyətdə olan Ermənistan kreditləri qaytarmaq gücündə deyil. Misal üçün Ermənistanın hazırdakı xarici borcları az qala dövlət büdcəsinə yaxınlaşır. Bunu hamı görür. Paşinyan hansı dövlət və ya dövlətlərdən kredit ala bilər? Paşinyan kreditlə bağlı ABŞ, Avropa Birliyi və Rusiyaya müraciət edə bilər. Ancaq o üçündən də rədd cavabı alacaq. Ermənistanın keçmiş hakimiyyəti onsuz da Rusiyadan 200 milyon dollar güzəştli kredit alıb. Ancaq həmin kredit iqtisadiyyata deyil, elə Rusiyanın özündən silah alınmasına xərclənib. Rusiya bu 200 milyon dollardan başqa Paşinyan hökumətinə çətin ki, kredit ayırsın. Bundan əlavə, Rusiya Ermənistana satdığı qazın qiymətini artırıb”.

Ermənistanın Qərbə, xüsusilə də ABŞ-a olan ümidlərinə gəldikdə, E.Şahinoğlu qeyd etdi ki, ABŞ prezidenti Donald Tramp heç bir ölkəyə borc pul vermir: “Tam əksinə, Tramp başqalarından Amerikanın borcunun qaytarmasını tələb edir. Ona görə də Paşinyanın Vaşinqtona müraciəti cavabsız qalacaq”.

Bəs, Avropa? Xatırladaq ki, Ermənistan xeyli müddətdir Avropadan kredit almaq, həmçinin Metsamor AES-i həmin kreditlər hesabına bərpa etmək üçün cəhdlər göstərir, lakin hələlik buna nail ola bilmir. Reallıq budur ki, Ermənistanın fəlakətli iqtisadi durumda olması bu ölkənin üzünə qapıları qapadıb.

E.Şahinoğlu da ermənilərin ümidlərini mənası sayır: “Avropa Birliyi bir miqdarda Paşinyana kredit verə bilər. Ancaq həmin pulun miqdarı çox az olacaq. Avropanın özündə iqtisadi problemlər var və Brüssel əlindəki vəsaiti ehtiyatla xərcləyir. Paşinyanın vaxtı azdır. Ermənistan vətəndaşları qısa müddətdə iqtisadiyyatda dönüş gözləyirlər. Ancaq Paşinyan sehrbaz deyil. Ermənistandakı bir sıra müəssisələr maaş tələbi ilə etiraz nümayişlərinə çıxırlar. İqtisadi problemlər dərinləşdikcə Ermənistanda növbəti qarşıdurma yaranacaq. Nikol Paşinyan ehtiyat edir ki, rəsmi Bakı bu qarşıdurmadan öz məqsədləri üçün istifadə edərək işğal altındakı torpaqların bir hissəsini azad etməyə çalışa bilər. Paşinyan o qədər də haqsız deyil. Bəli, biz əlimizə düşən fürsətdən istifadə etməli, 2016-cı ilin aprelindəki və keçən il Naxçıvandakı uğuru təkrarlamalıyıq”.

Ekspert qeyd etdi ki, bu arada, Nikol Paşinyan daha bir çətinliklə üzləşib: “Paşinyan deyib ki, Ermənistandakı medianın 90 faizi ya hakimiyyətin keçmiş nümayəndələrinə, ya da müxalifətə məxsusdur. Əslində ikisi də eynidir. Paşinyanın sözlərindən bu qənaətə gəlmək olar ki, Ermənistanda medianın yenidən bölüşdürülməsi prosesi başlaya bilər. Çünki Paşinyan deyir ki, o nə yaxşı iş görsə də, media bunu tərsinə yayınlayır”. Politoloq hesab edir ki, hazırda Paşinyanın iki yolu var: “O ya hakimiyyətə yaxın media yaratmalıdır, ya da ki, mövcud medianın bir hissəsini müxalifətin əlindən almalıdır. Vaxtilə Gürcüstanda da eyni hadisə baş verdi. Bidzina İvanişvili Gürcüstanda hakimiyyətə gələndə özünə yaxın media strukturları yaratdı. Ancaq İvanişvili oliqarxdır, çoxlu pulu var. Paşinyanın pulu yoxdur ki, sıfırdan özünə yaxın media yaratsın. Buna maliyyə lazımdır. Paşinyan medianı müxalifətin əlindən almağa çalışsa, bu, böyük toqquşmaya səbəb olacaq. Bütün hallarda Paşinyan bu situasiya ilə barışa bilməz. Media böyük qüvvədir və müxalifətin əlində olan bu güc Paşiyanın mövqelərini getdikcə zəiflədəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar