Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin hərbi qeydiyyata alınan vətəndaşların sənədləri onlayn qəbul ediləcək

Yanvarın 17-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək, bildirib ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Z.Əsgərov deyib ki, dəyişikliklər və əlavələr uyğunlaşma xarakterlidir.

“Belə ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyamıza xeyli dəyişikliklər və əlavələr edildi. Onlardan biri də Konstitusiyanın 9-cu maddəsində edilən dəyişiklik idi.

Həmin maddəyə müvafiq olaraq 2017-ci ilin dekabrına “Silahlı Qüvvələr haqqında” qanun qəbul edildi, eyni zamanda, “Sərhəd Qoşunları haqqında” Qanunun əsasında yeni “Sərhəd mühafizə orqanları haqqında” qanun qəbul olundu.

Hazırda göstərilən dəyişikliklər hər iki qanuna uyğunlaşma xarakteri daşıyır”, - deyən Z.Əsgərovun sözlərinə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 6.4-cü maddəsindən sonra “Bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulmuş sənəd üzrə məlumatların elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd vətəndaşlardan tələb olunmur” məzmunlu qeyd əlavə ediləcək.

Həmçinin, bildirilib ki, sənədə edilən dəyişikliklər ilkin hərbi qeydiyyata alınan 16 yaşından yuxarı vətəndaşlardan tələb olunan sənədlərin onlayn qaydada qəbul edilməsi qaydalarını tənzimləyəcək.

Deputatlar qanun layihələrini MM-in plenar iclasına tövsiyə ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar