Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqres Ağalarovun “Manhetten” layihəsinin izinə düşüb...

ABŞ-ın indiki prezidenti Donald Tramp Moskvada “Trump Tower” qülləsi inşa etmək planlarından əvvəl Rusiya paytaxtının hüdudlarından kənarda daha bir inşaat layihəsi ilə bağlı danışıqlar aparıb

Bu haqda nbcnews.com ABŞ Konqresinin nümayəndələrinə istinadən bildirir. Məlumata görə həmin layihə qeyri-rəsmi olaraq “Manhetten” adlanırdı və Trampın bu layihə üzrə partnyoru “Putinə yaxın” azərbaycanlı oliqarx Araz Ağalarov idi.

Konqresmenlərin iki köməkçisi bildirib ki, Ağalarovun layihəsi yenidən Senatın və Nümayəndələr Palatasının təhqiqat qrupunun diqqətini cəlb edib. Bu ona görə baş verib ki, Trampın vəkili Maykl Koen Konqresə onun Rusiyadakı biznes planları barədə yalan məlumat verib.

Ağalarovun amerikalı vəkili Skott Balber oliqarxın Putinə yaxın olduğu haqda deyilənləri rədd edib, amma konkret suallara cavab verməyib.

Məlumata görə biznesmen Trampla Moskva ətrafındakı tikinti layihəsi barədə 2013-cü ildə keçirilən “Dünya gözəli” müsabiqəsi zamanı danışıqlar aparıb. Tikinti Krasnoqorsk rayonunda başlamalı idi. Həmin sahə hələ də boş qalır.

2017-ci ildə Ağalarovun oğlu Emin “Forbes”ə müsahibəsində demişdi ki, onun ailəsi Trampla tikinti layihələrinə dair sənədləri imzalayıb. Amma biznesmen Amerika prezidentliyinə namizədliyini irəli sürməyə qərar verən kimi bu ideyadan imtina edib. Lakin Araz Ağalarov özü sonradan Trampla hər hansı sənəd imzalanmadığını deyib. Bununla belə Ağalarovların ABŞ-dakı nümayəndəsi Ayk Kavaladze Senatın hüquq komitəsinə ifadəsində demişdi ki, Tramp tikinti layihəsi barədə niyyət məktubunu 2014-cü ildə imzlayıb, danışıqlar bir ildən çox davam edib.(virtualaz.org)

pia.az


Etiket: Ağalarov Konqres

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar