Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə 14 min boşanmış azyaşlı qız var

Hazırda İranda 14 min boşanmış azyaşlı qız uşağı var

Bu barədə iranlı tədqiqatçı Kamil Əhmədi açıqlama verib.

Mütəxəssis ölkədə erkən yaşda baş tutan uşaq evliliklərinin kəskin şəkildə artdığını bildirib:

“Hazırda İranda 14 min dul qız usagı var. Həmçinin ölkədəki evliliklərin 18 faizini 18 yaşdan aşağı olan qız uşaqları ilə bağlanan nikahlar təşkil edir”.

Kamil Əhmədi 18 yaşdan aşağı qız uşaqlarının ana olması və boşanma hallarının da narahatedici şəkildə artdığını deyib: “Məsələn, 2016-cı ildə 19 yaşdan kiçik analar 97.862 uşaq dünyaya gətiriblər. Uşaq dünyaya gətirən qadınların 1511 nəfəri isə 15 yaşdan aşağı qız uşaqları olub.

Boşanma hallarına gəldikdə, 2012-2016-cı illər arasında 95 min 19 yaşdan aşağı qız uşağının nikahı pozulub. Təkcə 2016-cı il ərzində 14 yaşdan aşağı 1200 nəfər qız uşağı boşanıb”.

Tədqiqatçı mənfi halların bunlarla bitmədiyini də deyib. O, ölkə ərazilərində 10 yaşdan kiçik olan uşaqların evlilik hallarının da kəskin həddə artdığına diqqət çəkib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin Qadınlar üzrə İş Komitəsinin üzvü Məsumə Ağapur Əlişahi ölkədə 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu açıqlamışdı. (Teleqraf.com)
pia.az


Etiket: boşanma İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar