Rəsm əsərinin həqiqiliyini müəyyən etmək üçün bir il vaxt lazım gələcək
Hollandiyada Vinsent Van Qoqun naməlum rəsm əsəri tapılıb.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Van Qoqun olduğu güman edilən əsər rəssamın Drente şəhərindəki ev-muzeyinə verilib. Rəsm əsəri Van Qoqun üslubuna çox oxşardır, əsərin küncündə isə "Vinsent" imzası var.
Bununla belə, rəsm əsərinin həqiqiliyini müəyyən etmək üçün bir il vaxt lazım gələcək.
pia.az