Şənbə, 20 Aprel 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ KİV: "Rusiyanın ən bahalı təyyarələri köhnədir"

Rusiyanın beşinci nəsil hərbi təyyarələrinin yaradılmasında istifadə olunan texnologiyalar artıq köhnəliblər

Bu məlumatı “Nəşinl İnterest” jurnalı yayıb.

Bildirilib ki, Su-57 istehsalında istifadə edilən yeni kompozit materialları radarlarda onun görünüşünü 30% azaldır:

“Bu texnologiyalar 30 ildən çoxdur istifadə olunur. Xüsusilə, “Lokhid Martin” şirkəti bu texnologiyalardan 1980-ci illərdə F-16 təyyarələrinin istehsalı zamanı istifadə edib. Bu material F-22 və F-35 təyyarələrinin hazırlanmasında da tətbiq olunub”.

Qəzet həmçinin S-57-lərin texniki təchizatından asılı olmayaraq, bahalı olduğu üçün Rusiya ordusuna sərf etməyəcəyini bildirib. Bununla belə cari ildə Rusiyanın ümumilikdə 12 ədəd Su-57 hazırlaya biləcəyini və hər hansı konflikt zamanı Moskva üçün yetərli olmayacağını deyib.(axar.az)

pia.az

Etiket: ABŞ Rusiya

Şərh yazın.

loading...