Antalyada təlim-məşq toplanışı davam edən "Sumqayıt"ın "Çelik"lə oyunu ləğv edildi
Bosniya və Herseqovina təmsilçisi son anda oyundan imtina etdi.
Bosniyalılar əvvəlcə hakimin dəyişdirilməsini tələb etdilər. Təmsilçimiz bununla razılaşınca, paltardəyişmə otağının 5 dəqiqə gec təqdim olunduğunu bəhanə gətirdilər. Bu məsələdə də ortaq məxrəcə gəlindikdən sonra, "Celik" rəsmiləri meydançanın yalnız onların tələbindən sonra sulanmağa başlandığını bəhanə edərək, avtobuslarına doluşaraq stadionun ərazisini tərk etdilər.(sport24.az)
pia.az