Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçenov Universitetinin Bakı filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - Foto

İ.M. Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın rektoru professor Əziz Əliyev giriş sözü söyləyib. Rektor tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr barədə məlumat verib.

Qeyd edilib ki, bu qanlı hadisələrə ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də SSRİ rəhbərliyinə kəskin etirazını bildirib və Bakı şəhərindən qoşunların çıxarılmasını tələb edib.

Rektor daha sonra vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizin uğurlu inkişafı davam edir. İlham Əliyevin rəhbərliyi ilə təmin edilmiş sabitlik sayəsində ölkəmiz təhlükəsiz dövlətə çevrilib. Azərbaycanda həyata keçirilən layihələr və islahatlar ölkəmizin firavanlığını və davamlı inkişafını təmin edəcək.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş şeirlər, "Cənab leytenant", "Vətən Anadır" mahnılarını ifa ediblər. Filialın birinci kurs tələbələri İlqar və Sona adlı gənc ər-arvadın taleyindən bəhs edən "Bir ailənin faciəsi" adlı kompozisiya nümayiş etdiriblər.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 147 nəfər mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 adam qanunsuz həbs edilib. Bakıya yeridilmiş sovet qoşunları 200 mənzili və evi talayıb, 80 avtomaşını, o cümlədən təcili yardım karetalarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər.

O qanlı gecə Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, həm də Azərbaycanın müstəqilliyi və suverenliyi naminə fədakarlıq və qəhrəmanlıq rəmzi kimi əbədi qalacaq.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar