Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı

Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşır

Bir tərəfdən geridönüşü olmayan kerditlərin artması, digər tərəfdən də bəzi bankların ləğvi vəziyyəti daha da çıxılmaz hala gətirib. Bugünədək Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərinə kompensasiya ödədiyi və ləğv prosesində olan 13 bank var. Fond 13 bankın əmanətçilərinə 824 milyon manat kompensasiya ödəyib.

PİA.Az-ın Modern.az-a istinadən məlumatına görə, əslində banklardakı problemlərin artmasının səbəbi geridönüşü olmayan kreditlər deyil, vaxtilə banklara rəhbərlik etmiş şəxslərin şəxsi istifadə üçün götürdükləri kreditlərdir. Məsələ burasındadır ki, bank rəhbərləri özlərinə aldıqları daşınar və daşınmaz əmlak üçün ayrı-ayrı şxəslərin adına kreditlər götürüb. Banklar bağlandıqdan sonra isə kerditi ödəməkdən imtina ediblər. Kreditlər isə adı rəsmiləşdirilən vətəndaşın boynunda qalıb.

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, hazırda ləğv prosesində olan banklarla bağlı ciddi araşdırmalar aparılır və yaxın günlərdə bu məsələlərin nəticəsi olaraq cinayət işinin başlanacağı gözlənilir.

Xatırladaq ki, ləğv prosesində olan banklar aşağıdakılardır:

“Royalbank” ASC

“Yunayted Kredit Bank” ASC

“Bank of Azerbaijan” ASC

“Gəncəbank”

“Texnikabank” ASC

“Parabank” ASC

“Zaminbank” ASC

“Kredobank” ASC

“Dekabank” ASC

“Atrabank” ASC

Qafqaz İnkişaf Bankı” ASC

“Bank Standard”

“Dəmirbank” ASC

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar